“AAAF Park”da 120 ailə soyuqdan donur

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 16:38    |    Xəbər oxunub: 608 dəfə
“AAAF Park”da 120 ailə soyuqdan donur


Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri 10 gündür ki, qazsız qalıblar. “Viktoriya” tikinti şirkəti kompeksə gedən qaz xəttini zədələdiyindən 120 ailə soyuqdan donur. Sakinlər dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsələr də , qaz borularının bərpası yubadılır.



Bu şikayətlə virtualaz.org-a kompleksdə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, son çıxış yolunu yığışıb Bakı-Quba yolunu bağlamaqda görürlər: “Biz “Azəriqaz”ın qaynar xəttinə zəng edirik, deyirlər ki, gözləyin, axşam saat 6-da qazın verilişi bərpa olunacaq. Amma görürük ki, boruda təmir işi aparan yoxdur. Bizdə olan məlumata görə, “Azəriqaz” istəyir ki, təmir işini xətti zədələyən tikinti şirkəti bərpa eləsin. Onlar öz aralarında razılığa gələ bilmirlər. Biz hər yerə müraciət eləmişik, hətta ötən şənbə günü “Azəriqaz” İB-nin Xırdalan şöbəsinə şikayətə getmişik. Amma baxan yoxdur. Hətta bir neçə gün əvvəl istədik ki, yığışıb Bakı-Quba yolunu kəsək. Belə olmaz axı...”, - deyə Şamo Nuriyev adlı şikayətçi bildirir.

Şikayətçi deyir, bu kompleksdə yaşayanların çoxu gənc ailələr olduğundan, demək olar ki, hər mənzildə körpə uşaq var.

Şikayətlə bağlı “AAAF Park” yaşayış kompleksi və “Viktoriya” şirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. “Azəriqaz” İB-dən isə yaxın günlərdə borunun təmir işlərinə başlanılacağını dedilər.

“Orada qaz xəttində zədələnmə var. Borunu yeniləmək üçün yolun asfalt örtüyü qazılmalıdır. Biz buna görə aidiyyəti qurumlara müraciət etmişik və bu gün icazə alacağıq. Sabahdan isə həmin ərazidə bərpa işlərinə başlanılacaq”, - deyə “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur