“Kanal 13”ün rəhbərinə hökm oxunub


“Kanal 13”ün rəhbərinə hökm oxunub


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.



AFN-in Virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu