Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 17:07    |    Xəbər oxunub: 546 dəfə
Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib


Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib.



Ermənistanın Fransadakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə etiraz aksiyası keçirilib.Newscenter.az-ın xəbərinə görə, aksiyada Fransada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq səfirliyin qarşısında “Ermənistan aqressiyaya son ver!", “Azərbaycan torpaqlarını işğala son qoy!”, “Girovları azad et!”, “Qarabağdan əlini çək!” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları Dilqəm Əsgərov və Şahbaz Quliyevə Dağlıq Qarabağ ərazisində qondarma məhkəmə nəticəsində qeyri-qanuni iş kəsildiyini bildirib, onların əsir və girov saxlanıldığını, fiziki və psixoloji işgəncə altında olduğunu qeyd ediblər. Girovluqda saxlanılan azərbaycanlıların dərhal azadlığa buraxılması tələb olunub. Aksiya Ermənistan səfirliyinə bəyanat təqdim etməklə, insidentsiz başa çatıb.

Xatırladaq ki, azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni silahlı birlışmələri tərəfindən oğurlanaraq, girov götürülüblər. Onlar üzərində saxta məhkəmə prosesi keçirilib və birinə 22 il, digərinə isə ömürlük həbs cəsası verilib.

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

“FTV” fəaliyyətə başlayır

“FTV” fəaliyyətə başlayır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur