Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Xəbərin çap versiyası
Tarix: 16-12-2017, 14:29    |    Xəbər oxunub: 582 dəfə
Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə dekabrın 15-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş “Poeziya günü” keçirilib.

“AzərTAc” xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ədəbiyyat və mədəniyyət xadimləri, gənc şairlər, həmçinin Qarabağ müharibəsinin Qəbələdən olan veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Poeziya günü”nün açılışında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şair və yazıçılara diqqət və qayğısından, həmçinin hərbçilərlə görüşlərindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq Şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun bütün zamanlarda aktual olduğunu, müasir dövrümüzdə isə xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Gənc şairlər Fərid Hüseynov, Gülnar Qasımlı, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli, Alsu Carçılı, Aynur Nurlu, Heyran Hüseynova və Şahanə Müşfiq müharibə, həmçinin Azərbaycan və Bakı haqqında şeirlərini səsləndiriblər. Şairlərin çıxışları Azərbaycan bəstəkarlarının musiqilərinin sədaları və videogörüntülərlə müşayiət olunub.

“Poeziya günü”nün ideya müəllifi Aynur Nurlu, quruluşçu rejissoru Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının bədii rəhbəri Rövnəq Həsənzadədir.

Sonra Leyla xanım Əliyeva özünün “Zəhranın xatirəsinə” və “Bakı” adlı şerlərini oxuyub.

Mərasimdə həm də tədbirin aparıcılığı həvalə olunmuş Nigar Həsənzadənin rəhbərliyi ilə “Söz” ədəbi layihəsinin iştirakçıları - Əsgər Novruzov, Leyla Qurbanova, Səbinə Vəlibəyova, Zaur Rəxşan və Firdovsi Rəsul müəllifi olduqları şerləri səsləndiriblər.

Proqram çərçivəsində Xalq Artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Alimqızı və Sevda Ələkbərzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, pianoçu Naibə Şahməmmədova və Qəbələ Uşaq Xoru zövq oxşayan mahnılar və musiqi ifa ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi və tövsiyəsi ilə yeni çapdan çıxmış “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu” təqdim olunub. Leyla xanım Əliyevanın, o cümlədən 47 gənc şairin, ümumilikdə, 61 şerinin yer aldığı kitab iştirakçılara və qonaqlara paylanılıb.

Sonda Leyla xanım Əliyeva tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

[center]Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib

Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib[/center
]




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur