Aydın Əliyev Lənkəranskinin həbs olunan qardaşını təltif etdirib- FOTO

Xəbərin çap versiyası
Tarix: 16-12-2017, 15:42    |    Xəbər oxunub: 763 dəfə
Aydın Əliyev Lənkəranskinin həbs olunan qardaşını təltif etdirib-


Bir müddət əvvəl İstanbulda “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı təşkil olunan sui-qəsdin qarşısı alınarkən həbs olunan Rövşən Lənkəranskinin məmur qardaşı Namiq Canıyevlə bağlı çalışdığı dövlət qurumunun qərarı bəlli olub.



Bildirilir ki, o, Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad edilib. Gömrük polkovnikinin işdən çıxarılması ilə bağlı əmr noyabrın 17-də verilib (avropa.az)

Yenicag.az-ın əməkdaşı Canıyevin işdən çıxarılıb-çıxarılmamasını dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlayıb. Əvvəlcə əməkdaşımızın hansı səbəbdən zəng etdiyi ilə maraqlanan Axundov, Namiq Canıyevin adını eşitdikdən sonra telefonu yerə qoyub. Əməkdaşımızın ardıcıl zənglərinə baxmayaraq, Natiq bəy “alo” deməyib.

Görünür, dövlət qurumu məsələ ilə bağlı açıqlama verməkdən çəkinir. Sözsüz ki, bu da səbəbsiz deyil.

Məsələ burasındadır ki, Rövşən Lənkəranskinin polkovnik qardaşı 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Aydın məsələdir ki, dövlət başçısı sərəncamı Dövlət Gömrük Komitəsinin sədri general-polkovnik Aydın Əliyevin təqdimatına əsasən imzalayıb. Belə olan halda Aydın Əliyevin rəhbəri olduğu qurumunun öz əməkdaşları ilə bağlı ünvanlanan sualları cavabsız qoyması da başadüşüləndi.

Hər halda, Aydın Əliyev də təltif edilməsi üçün prezidentə təqdim etdiyi şəxsin Türkiyədə hansı oyunlardan çıxdığının fərqindədir.

Aydın Əliyev Lənkəranskinin həbs olunan qardaşını təltif etdirib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

“FTV” fəaliyyətə başlayır

“FTV” fəaliyyətə başlayır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur