Piyadalar üçün cərimələr artırılsın- TƏKLİF

Xəbərin çap versiyası
Tarix: 16-12-2017, 16:17    |    Xəbər oxunub: 564 dəfə
Piyadalar üçün cərimələr artırılsın-


Piyadalar yerüstü və ya yeraltı keçiddən istifadə etmədikdə həm həyatlarını təhlükəyə atırlar, həm də qanunvericiliyə müvafiq qaydada cərimə olunurlar. Bəzən qayda pozuntusu yalnız keçidlərlə bağlı olmur. Piyadaların qaydaları daha kobud şəkildə pozması hallarına da rast gəlinir. Qanunvericilikdə sürücülərə tətbiq olunan cərimələr fərqləndirilsə də piyadaların hər biri qaydanı istənilən şəkildə pozmasından asılı olmayaraq 20 AZN məbləğində cərimə ödəməlidir.



Məsələ ilə bağlı modern.az-a danışan ekspert Ərşad Hüseynov deyir ki, piyadalara tətbiq edilən cərimələrin fərqləndirilməsi məntiqə uyğundur. "Hüquq nəzəriyyəsində hüquq pozuntusuna görə tətbiq olunan sanksiyanın əməli xarekterinə uyğunluğu deyilən bir məsələ var. Məsələn, sürücü qırmızı işıqdan keçirsə, cəriməsi 60 manatdır, amma şərxoş vəziyyətdə maşın idarə edirsə, onun cəriməsi 400 manatdır. 60 manat hara, 400 manat hara? Çünki sərxoş halda maşın sürmək daha təhlükəlidir. Sürücü buna bilərəkdən yol verir. Qırmızı işıqdan isə səhvən də keçə bilər.

Piyadalara gəldikdə incə bir məqam özünü göstətir. İncəlik odur ki, yol hərəkəti qaydalarını pozan piyada, məxsusi olaraq birinci növbədə özünü təhlükəyə məruz qoyur. Onun əməli ətrafdakılardan daha çox özünə ziyandır. Bu nöqteyi-nəzərdən qanunvericilik piyadaya tətbiq olunan cərimələri fərqləndirmir. Nəzəri cəhətdən isə piyadının törətdiyi daha açıq-aşkar qayda pozuntusuna görə cərimələri fərqləndirmək olardı. Amma bizim qanunvericiliyimizdə hələ ki belədir. Düşünürəm ki, bu da pis deyil”.

Ərşad Hüseynov cərimələrin fərqləndirilməsi ilə bağlı fikirlərin səsləndiyini də qeyd edib. "Belə bir informasiya yayılmışdı ki, hardakı ayırıcı sədlər var, həmin qorucuyu səddin üzərindən aşan piyadalara daha ağır cərimələr tətbiq olunsun. Məntiqlidir. Çünki biri var piyada adi yoldan keçir, biri də var dəmirin üstündən hoppanır. Bunların cəriməsinin fərqləndirilməsində bir məntiq var. Piyadanın törətdiyi bütün qayda pozuntuları özünü təhlükəyə məruz qoyduğuna görə bu cərimə onu sadəcə çəkindirmək üçündür. Əslində belə də məqbuldur. Daha ağırlarına, daha təhlükəlilərinə, daha aşkarlarına görə fəqli sanksiyalar da ola bilər. İstənilən halda cərimələr diqqətlə tətbiq olunmalıdır. Elə olmalıdır ki, reallığa uyğun olsun, piyada onu ödəyə bilsin. Çəkindirici əhəmiyyəti olsun. Cəriməni artırmaqla, cəriməni dəyişdirməklə hər şey həll olunmur.Əsas hədəf hüquq pozuntusunun qarşısının alınmasıdır.

20 manat cərimənin özü də kifayət qədər böyük məbləğdir. Piyada tələbədirsə və ya təqaüdçüdürsə, bir gündə 20 manat itirsə, aylıq gəlirini tam olaraq itirə bilər”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

“FTV” fəaliyyətə başlayır

“FTV” fəaliyyətə başlayır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur