Nazim İsmayılovu himayə edən “güclü əl” kimdir?

Xəbərin çap versiyası
Tarix: 27-12-2017, 09:30    |    Xəbər oxunub: 2 502 dəfə
Nazim İsmayılovu himayə edən “güclü əl” kimdir?


Sabirabad rayon icra başçısı Nazim İsmayılov Prezident Administrasiyası Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsində vəzifəli şəxslər tərəfindən himayə edilir.

Bu barədə AFN-ə danışan məlumatlı şəxsin sözlərinə görə, məhz bu səbəbdən N.İsmayılov haqda olan şikayətlər yuxarılara çatmır: “Xatırlayırsınızsa, bir neçə ay öncə keçmiş təhsil şöbə müdiri Sabirabadda rayon rəhbərliyinin tapşırığı ilə vəzifəsinə uyğun olmayan işlər gördüyünü açıqlamışdı. Məlum olurdu ki, 2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyərkən 2012-ci ildən rayon rəhbərliyinin təkidi ilə öz sahəsinə və vəzifə səlahiyyətlərinə dəxli olmayan təmir-bərpa, təşkilatçılıq işləri görüb. Bunun üçün isə o, yüz min manatdan artıq vəsait xərcləyib. Düzdür, şöbə müdiri bu işləri guya mənzilini sataraq həyata keçirdiyini deməklə özünü təmizə çıxarmağa çalışırdı, amma təbii ki, o da hansısa qaranlıq əməllərlə qazanıb bu pulları, bu başqa söhbətin mövzusudur. Məsələ ondadır ki, onlarla saytın, KİV-lərin gündəmə gətirdiyi bu mövzu ört-basdır edildi, Nazim İsmayılova heç bir cəza verilmədi. Bu məsələdə adıçəkilən şöbənin vəzifəlilərinin rolu az olmadı. Nazim İsmayılovun hörmətli şöbə müdiri Zeynal Nağdəliyevdən xəbərsiz müdafiə olunduğunu deyə bilərəm. İnanın ki, onun özünə belə çatmır icra başçısı haqda şikayətlər”.
AFN xatırladır ki, söhbət Sabirabad Rayon Təhsil Şöbəsinin sabiq müdiri Elman Bünyadovdan gedir. E.Bünyadovun sözügedən şikayəti AFN-də də dərc edildi. Lakin üstündən bir neçə gün keçdikdən sonra E.Bünyadovun adı ilə yazılmış təkzib məktubu bizə Sabirabad Rayon İcra Hakimiyyətinin [email protected] rəsmi ünvanından göndərildi. Bu isə adıçəkilən şəxsin həmin “təkzibi” rayon rəhbərliyinin təzyiqi altında yazması ehtimalını yaradırdı. AFN olaraq bununla bağlı açıq məktubla PA-nın adıçəkilən şöbəsinin rəhbərliyinə müraciət edib, keşmiş məmurun təkzib xarakterli məktubunun İH-in rəsmi ünvanından redaksiyaya göndərilməsinin qanunlara zidd olduğunu bildirsək də, hər hansı reaksiya olmadı.
Bir neçə gün əvvəl isə E.Bünyadov redaksiyamıza zəng edərək rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayevin başçının tapşırığına(?) baxmayaraq, onu işlə təmin etməməsindən şikayətləndi “Mən rayon rəhbərliyindən yox, Təhsil Şöbəsinin rəhbərindən şikayətçiyəm” deyən E.Bünyadov P.Qarayevin tapşırığa məhəl qoymadığını bildirdi.
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

FƏRİDƏ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Dollar kreditləri ilə bağlı daha bir problem -

Dollar kreditləri ilə bağlı daha bir problem - Ekspert MBNP-ni ifşa etdi

"Rabitəbank"ın riskli gələcəyi:

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” -

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” - “KİVDF ləğv olunmalıdır”

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Yol polisi deputatı özündən çıxardı:

Yol polisi deputatı özündən çıxardı: “Mənim toxunulmazlıq hüququm var”

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur