Azərbaycanın tanınmış neftçi alimi vəfat edib


Azərbaycanın tanınmış neftçi alimi vəfat edib


Azərbaycanın görkəmli alimi, texnika elmləri doktoru, professor Mikayıl Bağırov 83 yaşında vəfat edib.

Bağırov Mikayıl Kazım oğlu 1934-cü ildə Azərbaycanın Naxçıvan MR Şərur rayonu Daşarx kəndində anadan olub. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1960-cı ilə qədər "Qaradağneft" NQÇİ-də operatordan sahə rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1960-cı ildən AzETNÇi-nun "Neft hasilatı texnologiyası" laboratoriyasında mühəndis, 1966-1975-ci illərdə isə bu laboratoriyanın elmi işçisi, rəhbəri olub. 1963-1966-cı illərdə bu institutun aspirantı olub. 1966-cı ildə "Layların hidravlik parçalanması məslələrinin (ünsürlərinin) tədqiqi" mövzusunda namizdəlik dissertasiyası müdafiə edib. 1971-1975-ci və 1982-1985-ci illərdə Əlcəzair şəhəri Neft və kimya institutunda pedaqoq işləyib, eyni zamanda öz elmi fəaliyyətini davam etdirib. 1975-1992-ci illərdə "Neft quyularının hasilatının intensivləşdirilməsi", "Quyuların əsaslı və cari təmiri" laboratoriyalarının rəhbəri olub. 1992-2002-ci illərdə Azneftqaz Detli-də direktor vəzifəsində işləyib. 1998-ci ildə "Neft-qaz hasilatını intensivləşdirilməsi üsullarının səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildən bu bu günə qədər Bağırov M.K. "Geofizika və mühəndis geologiyası" institutunun baş elmi işçisi və eyni zamanda ADNA Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professoru olub.

M.Bağırov neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi neft yataqlarının işlənilməsi, istismar olunan quyuların məhsuldarlığının artırılması, layın neftverimi, hidravlik parçalanmanın yeni texnika və texnologiyasının yaradılması; süzülən suyun və qumun təcrid olunma məsələləri olub

O, Beynəlxalq Şərq akademiyasının akademiki idi.

M.Bağırov 130-dan artıq elmi məqalənin, 7 moqorafiyanın müəllifidir. İxtiralara görə 40 müəllifilik şahadətnaməsi və patentləri var. 5 elmlər namizədi hazırlayıb.

Mikayıl Bağırov tanınmış şərqşünas alim Aida Qəmbərin əmisidir.

Allah rəhmət eləsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu