Bank Respublikadan reklam yalanı- Müştərilər “şirin vəd”lə tora düşürlər

Xəbərin çap versiyası
Tarix: 4-01-2018, 13:17    |    Xəbər oxunub: 718 dəfə
Bank Respublikadan reklam yalanı-


Bank Respublika ötən il sosial şəbəkəyə natamam reklam elanı yerləşdirib

.

Bankın reklamlarında əks olunan məlumata əsasən, nağd kredit almaq istəyən müştərilər üçün minimum əmək haqqı tələbi ləğv olunub. Aksiyaya qədər bankdan kredit əldə etmək istəyən müştərilər ən az 350 manat rəsmi əmək haqqı aldıqları barədə sənəd təqdim etməli idilər.

AFN ölkə.az-a istinadən xəbər verir ki, “Kredit şərtləri daha yüngül oldu!” adı altında başlayan aksiyanın reklamlarında əks olunan məlumatlar ilə bankın müştəri xidmətləri razılaşmır.

Reklamda bildirilir ki, kredit üzrə illik faiz dərəcəsi 2% endirilərək indi 26%-dən başlayır. Həmçinin, 5 000 AZN-dәk nağd kredit zaminsiz verilә bilәr.
2% -lik endirim, yalnız əmək haqqını bankın plastik kartı ilə alan müştərilərə aiddir. Əmək haqqını bankın plastik kartı ilə almayan müştərilərə (qeyri-müştərilər) 2 000 manata qədər 29%, 2 000 manatdan sonra isə 28% illik faiz dərəcəsi tətbiq edilir. Bundan başqa reklamda 5 000 manatadək nağd kredit zaminsiz verilә bilәr məlumatı da ətraflı izah edilməyib.

Müştəri xidmətlərinin verdiyi məlumata görə, 1 000 manatadək alınan kreditlər zaminsiz verilməsi məsələsinə baxıla bilər. Yəni, buna da mütəxəssis qərar verəcək.

Reklamında minimal əmək haqqı tələbini ləğv edən bank, müştərinin nə qədər kredit almasının əmək haqqından asılı olduğunu bildirir.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun 18.0.5. maddəsi malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, bankın sözügedən reklamında natamam reklam verməsinə icazə vermir.

Bundan başqa reklam haqqında qanunun 4.2. maddəsində qeyd olunub ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır. Xəbərin başlığı çaşqınlıq hissi yaradır. İstehlakçılar bankdan hansısa aksiya çərçivəsində hədiyyə qazanacaqlarını düşünə bilərlər.

Bank Respublikadan reklam yalanı-


Ətraflı məlumat üçün daxil olunan linkdə isə “Yeni İl ərəfəsində Bank Respublikadan nağd kredit alanlara 150 manatadək xüsusi həddiyə kartları təqdim olunacaq . Hədiyyə olunan məbləği həmin müştərilər partnyor şəbəkəsində xərcləyə biləcəklər.

Kredit məbləğindən asılı olaraq, hədiyyə kartları 20, 50, 100 və 150 manat civarında nəzərdə tutulub. Bayram kampaniyasına əsasən, “Kampaniya Dekabrın 18-dən – 15 Yanvar 2018-ci il tarixinədək davam edəcək” məlumatları yerləşdirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur