Goranboyda məmurlar yezidlik edir: əkin sahələri susuz qalıb-VİDEO+FOTO


Goranboyda məmurlar yezidlik edir:


Goranboy rayon Borsunlu kəndində Sudan İstifadə Edənlər Birliyinin sədri Xəlil İlyasov və rayonun Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubovla bağlı AFN-ə şikayət daxil olub.

Kənd sakinlərinin adından ünvanlanan şikayət məktubunda bildirilir ki, adıçəkilən şəxslər kənd təsərrüfatının inkişafına böyük maneələr yaradır: “Belə ki, X.İlyasov bizdən 1 hektar torpaq sahəsini suvarmaq ücün 20 manat pul tələb edir və heç bir qəbz vermir: “O, bu hərəkətilə “Azərbaycan Respublikası Melorasiya və İrriqasiya Haqqında” qanunun tələblərini pozur. Dəfələrlə Melorasiya və Su Təsərrüfatı ASC-yə müraciət etməyimizə baxmayaraq, heç bir nəticə yoxdur. Oktyabr-noyabr aylarında torpaq suyu verilməli idi toxuma, yanvardır, su təzə verilib. Bir azdan don düşəcək, verilən suyun heç bir xeyri olmayacaq. Nəticədə məhsuldarlıq aşağı düşəcək”.
Sakinlər bildirirlər ki, Borsunluda əkin sahələri iki mənbədən su alır: Kürə çayından arx vasitəsilə, Qarabağ kanalından isə nasoslarla. Lakin adları çəkilən idarə və birlik sədrləri hər iki mənbədə bolluca su olmasına baxmayaraq, kəndin əkin sahələrini susuz qoyurlar: “Ötən ilin sonlarında getdik rayona icra başçısının müavini Elçin Cahangirovun qəbulunda olduq, 4-5 gün su gəldi, indi yenə kəsiblər. Birliyin sədri nasosla su vurmağı qəsdlə gecikdirdi, camaatın xərc çəkib əkdiyi toxumlar məhv olmaq üzrədir. Kanaldan su vurulmasına Subartezian Quyularının İstismarı İdarəsi baxır, onun rəisi Rauf Teyyubova, Sukanal İdarəsinin rəisi Gündüz Bağırova müraciət etmişik, heç bir nəticə olmayıb. Gedirik yanlarına, müxtəlif bəhanələrlə bizi başdan edirlər. Bizə deyirlər nasos xarabdır, amma biz şahidi olmuşuq ki, nasosla başqa ərazilərə su vurulub. R.Teyyubovla X.İlyasov əlbir olub camaata zülüm edirlər”.
Borsunlu sakinləri deputatlarını tapmamalarından da şikayətlənirlər. Bildirirlər ki, kəndləri 96 saylı seçki dairəsinin hüdudlarına düşür, həmin dairəni isə parlamentdə Mahir Aslanov təmsil edir: “Biz bu deputatın üzünü bir dəfə də görməmişik, qəbuluna da düşə bilmirik. Ümumiyyətlə, rayondakı hər hansı bir durumla, problemlə maraqlandığının şahidi olmamışıq. Eləcə də su problemimizin həllində ondan hər hansı yardım istəyə bilmirik, çünki əlimiz çatmır”.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sudan İstifadəedənlər Birliyi ilə iş şöbəsinin müdiri Fazil Pənahov bildirdi ki, ASC Birliyə suyun min kubunu 0,5 manatdan satır: “Birlik də Subartezian Quyularının İstismarı İdarəsi ilə razılaşdırılmış qiyməti müəyyən edib suyu istifadəçilərə satır. Hər ayınn sonunda isə onların arasında aktlaşma olur, istifadə edilən suyun dəyəri yığılıb ödənilir. Suyun dəyəri hektara görə deyil, hektarın suvarılmasına görə istifadə edilən suyun miqdarına görə formalaşır. Bu zaman isə suvarılan bitkinin növündən asılı olaraq istifadə edilən suyun miqdarı müəyyənləşir. Elə bitki var 3 dəfə suvarılır, elə bitki də var 5 dəfə”.
Rayonun deputatı M.Aslanovla da əlaqə saxlamaq istədik, lakin cəhdlərimiz boşa çıxdı.

Mövzunu diqqətdə saxlayacağıq.

HƏBİBƏ




Goranboyda məmurlar yezidlik edir:

Goranboyda məmurlar yezidlik edir:

Goranboyda məmurlar yezidlik edir:

Goranboyda məmurlar yezidlik edir:

Goranboyda məmurlar yezidlik edir:

Goranboyda məmurlar yezidlik edir:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu