Mərdan Camalov gülənçini müavin təyin etdi- PA razılıq vermədi

Xəbərin çap versiyası
Tarix: 5-01-2018, 13:35    |    Xəbər oxunub: 2 412 dəfə
Mərdan Camalov gülənçini müavin təyin etdi-


Şirvan şəhər icra hakimi Mərdan Camalov 1 ay əvvəl özünə təyin etdiyi müavini vəzifəsindən çıxarmağa məcbur olub.



Məlumata görə, icra başçısı vəfat edən müavini Şəfaət Əsgərovun yerinə şəhər bələdiyyəsinin sədr müavini Fəqani Həsənovu təyin edib. M.Camalov təyinatı tələm-tələsik, Prezident Administrasiyasının razılığı olmadan edib.

F.Həsənovun sənədləri PA-ya göndəriləndə məlum olub ki, başçı müavini Türkiyədə Fətullah Gülənin maliyyələşdirdiyi məktəblərin birində təhsil alıb.

İddialara görə, M.Camalovun tez-tələsik, özbaşına təyin etdiyi müavininin gülənçi olduğu aşkarlanıb. Ona görə də PA-dan Şirvanın icra başçısına təlimat verilib ki, müavini dəyişdirsin.

Əldə etdiyimiz xəbərə görə, F.Həsənovun yerinə M.Camalov köməkçisi Vasif Əliyevin sənədlərini göndərib və o, müavin təyin olunub.

F.Həsənov bələdiyyə sədrinin müavini olmazdan əvvəl şəhər icra nümayəndəliyində müavin işləyib.

Deyilənə görə, onun əsas işi M.Camalovun tapşırığı ilə Türkiyədən işıq dirəkləri gətirmək olub. Onun Türkiyəyə tez-tez səfər etməsi Gülən şəbəkəsiylə əlaqələrinin olması şübhələri yaradıb.

Şirvanda gəzən söz-söhbətə görə, M.Camalovla F.Həsənov çox pərt vəziyyətə düşüblər. Belə ki, icra başçısı fətullahçı çıxmış keçmiş müavinini “əli aşından da edib, vəli aşından da”. F.Həsənovun bundan sonra harada işlə təmin ediləcəyi maraqlıdır.

Qeyd edək ki, hazırda Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytında başçının müavini – Şəhər Təsərrüfat şöbəsinin müdiri postu boş göstərilib. Görünür ki, təyinat rəsmiləşməyib ya da ŞİH-nin saytı operativ işləmir. (AzEuroNews.com)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur