Xaləddin İsgəndərov həbsə gedir- İstintaq qrupu yaradıldı

Xəbərin çap versiyası
Tarix: 8-01-2018, 11:33    |    Xəbər oxunub: 2 324 dəfə
Xaləddin İsgəndərov həbsə gedir-


Sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsi olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun həbsi gözlənilir.



AFN gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumat etibarlı mənbədən daxil olub.

Məlumatda deyilir ki, icra başçısının həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımlar atılmağa başlayıb. Belə ki, Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib.

Məlumatda həmçinin, o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb.

Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Dünən – yanvarın 7-si həftənin istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar.

Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur