Həbs edilmiş sabiq nazir prezidentdən üzr istədi


Həbs edilmiş sabiq nazir prezidentdən üzr istədi


Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandık Bişimbayev bu gün keçirilmiş məhkəmə iclasında özünü dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı korrupsiya cinayətlərində təqsirli bilməkdən imtina edib.



Virtualaz.org “tengrinews.kz” portalına istinadən xəbər verir ki, Bişimbayev məhkəmədə deyib: “Mən ittiham aktında qeyd olunan cinayətlərdə özümü təqsirli bilmirəm. Bunu dəqiq bilirəm, çalışacağam ki, sizə mənə məlum olanlara əsaslanan mövqeyimi çatdırım”.

Bununla bərabər, sabiq nazir Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən üzr istəyib və qeyd edib ki, “bütün peşəkar nailiyyətlərinə” görə dövlət başçısına borcludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu