Xanım Qafarovanın qızından Mehriban Əliyevaya təşəkkür


Xanım Qafarovanın qızından Mehriban Əliyevaya


Millət vəkili Qənirə Paşayeva tanınmış iş adamı Mübariz Mənsimovun ev bağışladığı mərhum aktrisamız Xanım Qafarovanın qızı balaca Gövhərlə görüşüb.

Bu barədə fikirlərini AFN-lə bölüşən millət vəkili Gövhərə illərdir daima dəstək olan Azərbaycanın birinci xanımı hörmətli Mehriban Əliyevaya öz adından və Gövhərin adından bir daha təşəkkür edib: "Gövhərlə bağlı məsələləri diqqətdə saxlayan və onun yaşayışı ilə bağlı suallar ünvanlayan dostlara demək istəyirəm ki, bu ailə mərhum Xanım Qafarovanın vəfat etməsindən sonra daima Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın diqqətində olub və hər ay onlara dəstək göstərilib. Xanım Qafarovanın müalicəsinə, dəfn mərasiminə də böyük dəstək olmaqla yanaşı, hər zaman maddi olaraq da ailəyə dəstək göstəriblər. Ailənin sadəcə ciddi mənzil problemləri var idi ki, o da sağ olsun Mübariz müəllimin dəstəyi ilə öz həllini tapdı. Bu gün Gövhəri ziyarət etdik, dərsləri ilə maraqlandıq. Çəkildiyi filmlərdən aldğı təşəkkürnamələri, dərslərindən aldığı əla qiymətlərini görüb çox sevindik. Gövhər hər zaman onu diqqətdə saxlayan Mehriban xanım başda olmaqla ona dəstək olanlara təşəkkürünü bildirdi. Allah Gövhərə və bütün balalara kömək olsun".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu