Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?- VİDEO+FOTO


Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-


Binəqədi rayonunda dəfələrlə “yaşıl soyqırım"ın həyata keçirildiyinin şahidi olmuşuq. Bu dəfə redaksiyamıza daxil olan şikayət isə bir qədər bizi təəccübləndirdi. Adının çəkilməsini istəməyən şəxs redaksiyamıza müraciət edərək “Dərnəgül” metrostansiyasının ətrafında yerləşən parkdan 200-ə yaxın ağacın bir gün içərisində yoxa çıxdığını bildirdi.

Musavat.com-un müxbiri məsələni aydınlaşdırmaq üçün adıçəkilən parkda olub.

Ərazidə olduğumuz zaman təəccüblü və dəhşətli mənzərənin şahidi olduq.

Şikayətçinin dediyi kimi, "Dərnəgül" metrostansiyasının ətrafında salınan parkın bir hissəsində ağaclar yoxa çıxıb. Süleyman Sani Axundov küçəsində yerləşən parkdan təqribən 100-dən çox ağac kökündən çıxarılıb, bəziləri isə sındırılıb. Ağaclar yerindən çıxardıldıqdan sonra çalaların üstü bağlanıb. Bu ağacların nə üçün və hara aparıldığını isə heç kim bilmir. Təqribən 50 sota yaxın ərazi boş qalıb.

Parkın yaxınlığında yaşayan sakinlərlə də həmsöhbət olduq. Onlar iddia edirlər ki, bu işlər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin göstərişi ilə həyata keçirilib: "Ötən il bu parkda abadlıq və quruculuq işləri aparıldı. Çox səliqəli park idi. Havası, mənzərəsi ilə göz oxşayırdı. Bu park 6 il öncə, yəni 2011-ci ildə salınıb. Hətta yeni təmirdən çıxmışdı. Ərazisi təqribən 10 hektara yaxındır. Təsəvvür edin ki, bir neçə ildən sonra hər tərəf yaşıllıqlar içərisində olacaqdı. Ancaq bir gün içərisində iki-üç ilin ağaclarını məhv elədilər. Bir neçə gün əvvəl 100-dən çox küknar və şam ağaclarını axşam saatlarında yük maşınları ilə əraziyə gəlib ağacları kökündən çıxardılar. Daha doğrusu, oğurladılar. Bu qanunsuz əməli törədənlər özbaşına hərəkət edə bilməzlər. Böyük ehtimalla Binəqəd Rayon İcra Hakimiyyətinin razılığı əsasında baş verib. Bəzi məlumatlara görə həmin boş ərazidə restoran tikilməsi nəzərdə tutulub”.

Xatırladaq ki, “Dərnəgül” metrostansiyasının yerüstü ərazisini əhatə edən park 2011-ci ilin 29 iyununda metrostansiya ilə eyni gündə istifadəyə verilib.

Süleyman Sani Axundov küçəsində yerləşən obyekt sahiblərinin də fikirlərini aldıq. Bildirdilər ki, ağacların yoxa çıxması elə parkın yaxınlığında yerləşən Binəqədi Rayon Polis İdarəsininin əməkdaşlarının da diqqətini çəkib: “Eşitdiyimizə görə, polis əməkdaşları ağacların çıxarılması ilə bağlı tədbir görməyə başlayıblar. Sonradan öyrəniblər ki, işin arxasında Binəqədi Rayon İcra Hakimiyyəti dayanıb. Daha sonrasını öyrənə bilmədik”.

Məsələyə aydınlıq gətirmək üçün Binəqədi Rayon İcra Hakimiyyətini ilə əlaqə saxladıq. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı göndərdiyimiz sorğuya yaxın zamanda cavab veriləcəyini bildirdi.

Ağacların çıxarılması ilə bağlı videofaktı təqdim edirik:



Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-

Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-

Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-

Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-

Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-

Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-

Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-

Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-

Binəqədidə parkdan 200-ə yaxın ağac bir gecədə kim oğurladı?-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu