Ermənilərin olduğu təyyarə Bakıda məcburi eniş etdi

Xəbərin çap versiyası
Tarix: 11-01-2018, 18:07    |    Xəbər oxunub: 570 dəfə
Ermənilərin olduğu təyyarə Bakıda məcburi eniş etdi


Çin Hava Yollarına məxsus, Pekin-Tbilisi reysini həyata keçirən və göyərtəsində 5 erməninin olduğu (onlardan 3-ü Ermənistan vətəndaşları olub) təyyarə yanvarın 8-də Bakıda təcili eniş edib.

Virtualaz.org tert.am-a istinadən bildirir ki, bunu təyyarənin sərnişini İda Mnatsakanyan deyib və əlavə edib ki, 5 erməninin arasında 5 yaşlı uşaq da olub.

"Üç gün əvvəl Pekin-Tbilisi reysi ilə uçan təyyarə, ekipaj üzvlərinin dediyinə görə, səmada bir neçə dəfə dövrə vursa da, qatı duman səbəbindən Gürcüstan paytaxtına enə bilməyib. Buna görə də təyyarə Bakı aeroportuna enmək məcburiyyətində qalıb”, - deyə o bildirib.

"Bakı aeroportunun əməkdaşı bizə yaxınlaşdı, dedi ki, o bizim erməni olduğumuzdan xəbərdardır. Öz pasportlarımızı təyyarədə qoymağı və neytral zonaya keçməyi təklif etdi. Biz elə də etdik. Uşağın və ərimin pasportlarını təyyarədə qoyduq, mən pasportumu, uşağım və özüm ABŞ vətəndaşı olduğumuz üçün, özümlə götürdüm. Ərim isə Ermənistan vətəndaşıdır. Biz 12 saat Bakı aeroportunda olduq. Bizə verdikləri yerdə yalnız biz-ermənilər idik", - sərnişin vurğulayıb.

Mnatsakanyan həmçinin bildirib ki, Bakıdan dərhal Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanla əlaqə yaradılıb və o, erməni mənşəli ABŞ vətəndaşları haqqında Vaşinqtonu xəbərdar edib.

Qeyd edək ki, onlar Bakıdan Tbilisiyə məcburi enişdən 12 saat sonra çatıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Hərbi xidmətlə bağlı dəyişiklik:

Hərbi xidmətlə bağlı dəyişiklik: DTX ilə XKX-ya səlahiyyət verildi

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq:

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq: “Nöqsanları aradan qaldırın”

Ermənilər mövqelərimizi atəşə tutub

Ermənilər mövqelərimizi atəşə tutub

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Model diqqəti geyimi ilə çəkdi-

Model diqqəti geyimi ilə çəkdi- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur