9 azərbaycanlı uşaq xarici vətəndaşlara övladlığa verilib

Xəbərin çap versiyası
Tarix: 12-01-2018, 10:51    |    Xəbər oxunub: 528 dəfə
9 azərbaycanlı uşaq xarici vətəndaşlara övladlığa verilib


Azərbaycanda 2017-ci ildə 9 uşaq xarici ölkə vətəndaşına övladlığa verilib. Bunlardan 2-i sağlamlıq imkanları məhdud olan, digər 7 uşaq isə qohum və ya birinci nikahdan götürülən uşaqlardır.

Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov məlumat verib. Komitə rəsmisi qeyd edib ki, ötən il xaricdə yaşayan soydaşlarımız tərəfindən 3 uşaq övladlığa götürülüb.

“Bunlar əsasən Rusiya vətəndaşı olan ailələrdir. Həmin ailələrdə tibbi müdaxiləyə baxmayaraq, uşaq olmadığı üçün qohum ailələrin uşaqlarını qarşılıqlı razılıq əsasında övladlığa götürüblər. Ötən il 3 belə fakt qeydə alınıb. 2017-ci ildə birinci nikahdan olan 2 uşaq övladlığa götürülüb. Azərbaycanlı xanımlar əsasən xarici ölkə vətəndaşları ailə qurduqdan sonra birinci nikahdan olan uşaqlarını övladlığa götürməklə bağlı bizə müraciət edirlər. Ötən il 2 hal müşahidə edilib. Belə ki, bir xanım Türkiyə, digəri isə Almaniya vətəndaşı ilə ailə həyatı qurub”.

S.Məmmədov bildirib ki, ümumilikdə isə ötən il övladlığa verilən uşaqların 4-ü oğlan, 5-i isə qızdır.

“Fiziki məhdudiyyətli uşaqları ABŞ vətəndaşları övladlığa götürüb. 2007-ci ildən komitəyə xarici övladlığa verilmə səlahiyyəti veriləndən bu günə qədər övladlığa götürülmənin ləğvi ilə bağlı proses olmayıb. Azərbaycan vətəndaşı olan uşaqlar xarici övladlığa verildikdən sonra 3 il ərzində onlarla bağlı Komitəyə hesabat göndərilir. Hesabatda uşaqların səhhəti, inkişafı, mühitə uyğunlaşması barədə məlumatlar, şəkillər və 15 dəqiqləlik videokadr yer alır. Övladlığa götürülən fiziki məhdudiyyətli uşaqların sonradan xaricdə müalicəsi aparılır və onlar üçün yaxşı şərait yaradılır, onlar daha yaxşı inkişaf edirlər. Həmin uşaqları maddi baxımından təminatları yaxşı olan ailələr övladlığa götürür və uşaqların müalicəsini davam etdirə bilirlər”.

Komitə səlahiyyətlisi xarici ölkə vətəndaşlarının azərbaycanlı uşaqları övladlığa götürmə səbəblərini açıqlayıb: “Hər kəsin özünəməxsus yanaşması olur. Onlar burda daha çox ailə dəyələrinin, valideyn-uşaq münasibətlərinin daha isti olması və Qafqazı, xüsusilə Azərbaycanı özləri üçün daha çox motiv görürlər. Artıq 10-a yaxın əcnəbi ailə övladlığa götürülmə ilə bağlı Komitədə qeydiyyatdadır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur