Mülki Aviasiya Administrasiyası fəaliyyətini dayandırdı


Mülki Aviasiya Administrasiyası fəaliyyətini dayandırdı


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırıb.

Qurumun rəsmi saytında bu barədə yerləşdirilmiş məlumatda deyilir: "Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 12.01.2018-ci il tarixli 1785 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırıb. Azərbaycan Respublikasının mülki aviasiyasının dövlət idarəetməsi sistemində struktur dəyişikliklərin başa çatana qədər Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi vasitəsilə müraciət etməyinizi xahiş edirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu