“Kürd Vüqar” saxlandı


“Kürd Vüqar” saxlandı


Daxili İşlər Nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb.

AFN Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.

Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Hüseynov tərəfindən döyülməsi müəyyən edilib.

M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb. Faktla əlaqədar cinayət işi başlanılıb. V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən şəxs “Kürd Vüqar” adı ilə tanınıb və o, xalasının həyat yoldaşını yumruq zərbəsi ilə öldürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu