Aydın Əliyev: "DGK siqaretlərlə bağlı təklifi parlamentə təqdim edəcək"


Aydın Əliyev:


Dövlət Gömrük Komitəsi (DGK) fiziki şəxslərin sərhəddən siqaretin keçirilməsi qaydaları ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsini istəyir.



Bunu "Report"un sualına cavab verən DGK sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, komitə bununla bağlı müvafiq təklifi parlamentə təqdim edəcək: "Hazırda bir ayda hər bir şəxs 3 blok siqaret keçirə bilər. Biz bunun 1 bloka (10 qutu) salınmasını istəyirik. Düşünürəm ki, təklif qəbul olunsa, bu, siqaret qaçaqmalçılığına qarşı mübarizəyə effektiv təsir edəcək".

DGK sədri sərhədlərin açıq olması, vizasız rejimin tətbiqi kimi amillərin komitənin fəaliyyətini çətinləşdirdiyini deyib: "Türkiyə tərəfi İraqla sərhəddə bunun unikal həllini tapıb. Quru sərhədi keçən şəxs ən azı 2-3 gün həmin ölkədə qalmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu