AXDG-də hazırlıq kursları keçirilib- FOTOLAR


AXDG-də hazırlıq kursları keçirilib-


Bu dəfə kursların keçirilməsində yerli mütəxəssislərə üstünlük verilib



“AXDG” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində ilk dəfə olaraq yerli təlimatçı və müəllimlərlə “Təlimatçılar üçün hazırlıq”, “Trenajor təlimatçıları və qiymətləndiricilərin hazırlığı”, “Dənizçilərin bilik və bacarığının yoxlanmasına və qiymətləndirilməsinə dair hazırlıq” kursları keçirilib.



Kursun dinləyiciləri arasında Qazaxıstanın Ş.Yesenov adına Texnologiya və Mühəndislik Xəzər Dövlət Universitetinin əməkdaşları da olub. Əvvəllər Təlim Tədris Mərkəzində belə kursları yalnız xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər aparırdılar.

Kursları müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq sertifikatlar təqdim edilib.

Dinləyicilər yüksək keyfiyyətli təlimə görə Təlim Tədris Mərkəzinin və AR-nın Nəqliyyat, Rabitə və Texnoloqiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

AXDG-də hazırlıq kursları keçirilib-

AXDG-də hazırlıq kursları keçirilib-

AXDG-də hazırlıq kursları keçirilib-

AXDG-də hazırlıq kursları keçirilib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu