FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO


FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

Göyçay rayonu Natəvan küçəsi ev 7 A mənzil 44-də yaşayan sahibkar Mayılova Minayə Seyidağa qızı AFN-ə müraciət edib.

Uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirən M.Mayılova vaxtlı-vaxtında dövlətə vergi ödədiyini, fəaliyytində heç bir nöqsan olmadığını xüsusi vurğulayır: “Ancaq bəzi vəzifə səlahiyyətlərindən sui-istifadə edib saxtakarlıqla məşğul olan məmurlar var ki, onların saxtakarlığına görə sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşam. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədov və işçisi Qurbanov İlqar Afad oğlu ikincinin əli ilə mənim 12000 manatlıq məhsulumu satıb mənimsəyiblər. Bu pul məni sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur edib”.
İnkubator işlətdiyini qeyd edən sahibkar bildirir ki, FHN-in Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlu ondan müqavilə əsasında 12000 manatlıq cücə götürüb: “Həmin cücələri Zaqatala, Qax, Baləkən və İsmayıllı rayonlarında satıb. İlqar Qurbanov indi pulumu vermək istəmir. Səbəb kimi göstərir ki, həmin pulun çox hissəsini iş günləri növbəyə çıxmayıb rayonlarda cücə satmaq üçün rəis Müşfiq Məmmədova vermişəm. Buna görə də pulum yoxdur, siz pulu Müşfiq Məmmədovdan istəyin. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və fövqəladə hallar naziri Kəmaləddin Heydərova üzümü tutub xahiş edirəm, vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənim halal 12000 manat pulumu mənimsəmiş Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun və onun işçisi Qurbanov İlqar Afad oğlunun barəsində ciddi tədbirlər görülsün”.
FHN-dən məsələyə münasibət bildirilmədi. Nazirliyin rəsmi saytında göstərilən info@fhn.gov.az e-mail ünvanına sorğu göndərsək də hər hansı cavab verilmədi.

FƏRİDƏ

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu