"UniBank"ın ipoteka kreditində "komissiya haqqı" kələyi

Xəbərin çap versiyası
Tarix: 22-01-2018, 18:28    |    Xəbər oxunub: 867 dəfə
"UniBank"ın ipoteka kreditində "komissiya haqqı" kələyi


"UniBank" müştərilərini aldatmaqda davam edir.



AFN ölkə.az-a istinadən xəbər verir ki, bankdan ipoteka krediti almaq istəyən müştərilərdən bank tərəfindən əlavə olaraq 0,1% komissiya haqqı tutulur. Amma bankın rəsmi internet saytında ipoteka krediti alan müştərilərə bu haqda məlumat verilmir.

Bankın İpoteka krediti haqqında verdiyi məlumatda (xəbərdə) bildirilir ki, məbləğ 150 000 manatdan (sosial ipotekada 100.000) və girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 80%-indən artıq ola bilməz. 3 ildən 25 ilədək rəsmiləşdirilən ipoteka kreditinin illik faiz dərəcəsi isə 8%-dən artıq ola bilməz. Yaşayış sahəsini girov qoyaraq ipoteka krediti əldə etmək istəyən müştəri 20% ilkin ödəniş edərək sözügedən krediti əldə edə bilər.

Bank rəsmi saytında bütün məlumatları əks etdirsə də komissiya haqqı barədə heç bir məlumat vermir.

Yəni saytdan məlumat əldə edən müştəri bankın Sahil, Kəpəz, Sumqayıt filiallarına müraciət etdikdə (ipoteka krediti sadəcə bu filiallarda verilir) əlavə olaraq 0,1% komissiya haqqı olduğunu öyrənir.

Azərbaycan Respublikası reklam haqqında qanunun 18.0.5. maddəsi bildirir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, bankın sözügedən məlumatında (reklamında) natamam reklam verməsinə icazə vermir.

Bundan başqa bank ipoteka kreditinin verilməsinin sığortası haqqında bildirir ki, borcalanın həyatı və əmək qabiliyyəti, habelə girov qoyulan yaşayış sahəsi kreditin məbləğinə bərabər məbləğdə sığorta olunmalıdır. Kreditin məbləği (ən az halda, ilkin ödəniş 20%-i çıxmaqla 80%) sığortalanan əmlak (ev) baş verəcək hansısa hadisədə sığorta şirkəti tərəfindən sadəcə 80%-lik ödənişi olunur. Bu, natamam sığorta hesab edilir ki, bank bu barədə də müştəriyə əvvəlcədən məlumat vermir.

"UniBank"ın ipoteka kreditində "komissiya haqqı" kələyi

"UniBank"ın ipoteka kreditində "komissiya haqqı" kələyi

"UniBank"ın ipoteka kreditində "komissiya haqqı" kələyi





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şirvanda “Odessa” Teyyub güllələnib

Şirvanda “Odessa” Teyyub güllələnib

Millət vəkilindən

Millət vəkilindən "İdeal"ın rüsvayçı kampaniyası ilə bağlı maraqlı təklif

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı-

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı- FOTOLAR

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama:

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu-

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu- FOTOLAR

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

Türk ordusu 1931 terrorçu məhv edib

Türk ordusu 1931 terrorçu məhv edib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

560 minə yaxın şəxsin müavinətləri artırılacaq-

560 minə yaxın şəxsin müavinətləri artırılacaq- Açıqlama

Damlaya 35 milyonluq zərbə:

Damlaya 35 milyonluq zərbə: işçisini polisə verdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur