Vəkil olmaq istəyənlərin Nəzərinə!


Vəkil olmaq istəyənlərin Nəzərinə!


Bu gün saat 17:00-dan etibarən Dövlət İmtahan Mərkəzinin veb-saytından vəkilliyə namizədlər öz imtahana "buraxılış vərəqələri”ni çap edə bilərlər.



Vəkillər Kollegiyasından Qaynarinfo-ya verilən məlumata görə, buraxılış vərəqələrini çap etmək üçün hər bir namizəd veb-saytın (dim.gov.az) ana səhifəsinə daxil olaraq "Vəkillər Kollegiyası” bölməsində öz şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və PİN kodu daxil etməklə "buraxılış vərəqsi”ni "pdf” formatda saxlayaraq, onu çap edə bilər.

Qeyd olunmalıdır ki, vəkilliyə qəbul imtahanın yazılı test mərhələsi 28.01.2018-ci il tarixdə keçiriləcəkdir və namizədlər həmin gün səhər saat 9:00-dan gec olmayaraq "buraxılış vərəqəsi”ndə qeyd olunan imtahan keçiriləcək ünvanda olmalıdırlar və özləri ilə mütləq şəkildə qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və (və ya) HB sərtliyində sadə karandaş, qələmyonan, pozan və aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- imtahana buraxılış vərəqəsi.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu