Türkmənistana məxsus gəmi Bakıda təmir olunur


Türkmənistana məxsus gəmi Bakıda təmir olunur


Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus RO-RO tipli “Berkarar” gəmisi “Zığ” Gəmi Təmiri və Tikinitisi zavodunda təmirə dayanıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AFN-ə verilən məlumata görə, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.

“Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu