"Azəriqaz"ın bəzi tabeli təşkilatlarında əmək şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb


"Azəriqaz"ın bəzi tabeli təşkilatlarında əmək şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb


"Azəriqaz" İstehsalat Birliyinin struktur bölmələrində əmək şəraiti vəziyyətinin yoxlanılması məqsədilə müvafiq əmrlə yaradılmış Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın (DFK) 2017-ci ilin iş planı əsasında Birliyin 15 tabeli təşkilatında yoxlama keçirilib".

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, yoxlama nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülüb və yerlərdə aidiyyəti mütəxəssislərə lazımi metodiki köməklik göstərilib.

"Qeyd edilən dövr ərzində Birliyin strukturuna daxil olan 15 tabeli təşkilatda 130 bənddən ibarət yoxlama proqramı əsasında əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ekologiya sahəsində və beynəlxalq standartların tətbiqi ilə əlaqədar aparılan işlərin icra vəziyyəti araşdırılaq yerlərdə aidiyyəti mütəxəssislərə köməklik göstərilib və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün həmin təşkilatların rəhbərlərinə rəsmi qaydada tapşırıqlar verilib. Həmçinin qəza-bərpa və təmir-tikinti işlərinin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi və yanğın təhlükəsizliyinə riayət olunmasına nəzarət edilməsi məqsədilə yerlərdə reydlər keçirilib. Keçirilən reydlərin nəticəsi olaraq nöqsanlara yol vermiş aidiyyəti işçilərə xəbərdarlıq kartları təqdim edilib", - deyə məlumatda vurğulanıb.

Ə.Hacıyev qeyd edib ki, əmək və icra intizamının yüksəldilməsi, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına nəzarətin gücləndirilməsi məqsədilə müvafiq əmrlə təsdiq olunmuş kart sisteminə uyğun olaraq 2017-ci il ərzində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını və icra intizamını pozmuş ayrı-ayrı struktur bölmələrdə işləyən işçilərə xəbərdarlıq kartları, vəzifə funksiyalarının icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirdiklərinə və əməyin mühafizəsi sahəsində nümunəvi davranışlarına görə işçilərə isə fərqlənmə kartları təqdim edilib.

"Azəriqaz" rəsmisi bildirib ki, Səhiyyə Nazirliyinin “Tibbi profilaktik müayinələrin təkmilləşdirilməsi haqqında” və ARDNŞ-in “İşçilərin tibbi müayinədən keçirilməsi haqqında” əmrlərinin icrası olaraq Birlik üzrə 2017-ci il ərzində dövri tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuş işçilərdən 574 nəfəri tibbi müayinədən keçib.

"Birlik tərəfindən təmir-quraşdırlma və təmir-bərpa işləri aparılan zaman işçilər tərəfindən təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi vəziyyətinə nəzarət edilib, onların xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməsi daim diqqətdə saxlanılıb və ciddi qayda pozuntularına yol verilmiş tikinti sahələrində həmin pozuntular aradan qaldırılana qədər aparılan işlər müvəqqəti olaraq dayandırılıb", - deyə Ə. Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, işçilərin təhlükəli və zərərli istehsalat amillərindən qorunması, zədələnmə hallarının və peşə xəstəliklərinin azaldılması üçün “Azəriqaz” İB-də çalışan işçilər 2017-ci ildə 2774 dəst xüsusi geyim, 1522 cüt xüsusi ayaqqabı, 6587 ədəd müxtəlif təyinatlı fərdi mühafizə və xilasedici vasitələrlə təmin edilib: "SOCAR-ın Əmək şəraiti normalarının işlənilməsi İdarəsi tərəfindən “Azəriqaz” İB üzrə 268 zərərli hesab edilmiş iş yeri müəyyən edilib, həmin yerlərdə işləyən fəhlə və qulluqçulara pulsuz süd və ya eyni keyfiyyətə malik olan qida məhsullarının verilməsi qaydasına uyğun olaraq 2017-ci ildə 40409 litr süd məhsulu verilib".

Ə.Hacıyev əlavə edib ki, “Azəriqaz” İB-də beynəlxalq standartlarının tələblərinin inkişaf etdirilməsi və istehsalat sahaləri üzrə tətbiqinin yoxlanılması məqsədilə müvafiq əmrlə yaradılmış audit qrupu tərəfindən Birliyin 39 struktur bölmə üzrə daxili audit keçirilib: " Audit nəticəsində 3 ədəd ISO 10002 və 20 ədəd isə digər 4 standart üzrə düzəldici-önləyici fəaliyyət açılmış və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılıb. Eyni zamanda hər bir standart üzrə 2017-ci ildə Türk Standartları institutu tərəfindən ikinci tərəf xarici audit keçiriib və Birlik üzrə həyata keçirilmiş işlərin beynəlxalq standartların tələblərinin uyğun olduğu qeyd edilib və müsbət qiymətləndirilib. Ümumilikdə Birlik üzrə əməyin mühafizəsi sahəsində həyata keçirilmiş qabaqlayıcı və maarifləndirmə işlərinin nəticəsində ötən il ərzində Birlikdə insan itkisi ilə nəticələnən hadisələr baş verməyib".(APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu