Milli Məclisin xüsusi iclasının vaxtı açıqlandı


Milli Məclisin xüsusi iclasının vaxtı açıqlandı


Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasının vaxtı məlum olub.

İclas iyun ayının 8-də keçiriləcək. Xüsusi iclasda xarici ölkələrdən qonaqlar da iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Prezident İlham Əliyev, həmçinin bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu