Prezidentə şikayət etdiyi üçün Ramiz Yediyarov vəkilin cəzalandırılmasını istəyir

Xəbərin çap versiyası
Tarix: 27-01-2018, 16:56    |    Xəbər oxunub: 1 061 dəfə
Prezidentə şikayət etdiyi üçün Ramiz Yediyarov vəkilin cəzalandırılmasını istəyir


Gədəbəy rayonunun İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib. Bu barədə Sadıqov facebook səhifəsində yazıb.



Vəkildən şikayət onun Gədəbəy rayonundan olan sahibkarları müdafiə etməsi ilə bağlıdır. Həmin sahibkarlar hüquqlarının pozulduğunu iddia edir, onları dövlət qurumları, məhkəmələrdə vəkil Elçin Sadıqov təmsil edir.

E.Sadıqovun bildirdiyinə görə, hüquqlarının müdafiə etdiyi sahibkarların iddia etdikləri pozuntularla bağlı əlaqəli qurumlara müraciət edib.

“Hüquqlarını müdafiə etdiyim sahibkarların üzləşdiyi pozuntularla bağlı əlaqəli qurumlara, o cümlədən ölkə başçısına şikayət etmişəm. Gərəkli addımların atılmasını xahiş etmişəm. Bu, vəkil olaraq mənim hüququmdur. Məhz şikayət etdiyimə görə, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məndən şikayət edib. Kollegiyada bu şikayətlə bağlı barəmdə intizam icraatına başlanıb”, vəkil bildirib.

İndiyədək bir neçə vəkil, xüsusilə də siyasi məzmunlu məhkəmə işlərinə çıxan vəkillər müxtəlif qurumların şikayəti əsasında Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Sonuncu dəfə bu həftənin əvvəllərində vəkil Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də vəkil Yalçın İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

F.Mehdiyev barəsində qərar Baş Prokurorluğun, Y.İmanov haqda qərarsa Penitensiar Xidmətin rəhbərliyinin şikayəti əsasında verilib.

İndiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov, Elçin Namazov, Aslan İsmayılov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin “siyasi məhbus” kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib.

Ancaq Vəkillər Kollegiyası vəkillik fəaliyyəti dayandırılmış şəxslərin iddialarını rədd edir, onların məhz vəkillik sahəsini tənzimləyən qanunlara əməl etmədiklərinə görə, kollegiyadan kənarlaşdırıldığını bildirir. (Amerikanın Səsi)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şirvanda “Odessa” Teyyub güllələnib

Şirvanda “Odessa” Teyyub güllələnib

Millət vəkilindən

Millət vəkilindən "İdeal"ın rüsvayçı kampaniyası ilə bağlı maraqlı təklif

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı-

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı- FOTOLAR

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama:

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu-

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu- FOTOLAR

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

Türk ordusu 1931 terrorçu məhv edib

Türk ordusu 1931 terrorçu məhv edib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

560 minə yaxın şəxsin müavinətləri artırılacaq-

560 minə yaxın şəxsin müavinətləri artırılacaq- Açıqlama

Damlaya 35 milyonluq zərbə:

Damlaya 35 milyonluq zərbə: işçisini polisə verdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur