Emin Ağalarov stomatoloji klinika açır


Emin Ağalarov stomatoloji klinika açır


Müğənni və biznesmen Emin Ağalarov ConfiDent klinikalar şəbəkəsi açır.


Bu barədə Ağalarov RNS-ə açıqlamasında bildirib. Klinikada stomatoloji, üz dərisinə qulluq, aparat kosmetologiyası xidmətləri təklif olunacaq.

Onun sözlərinə görə, ilkin mərhələdə iki klinikanın açılması planlaşdırılır. Bunun üçün 1 milyon dollara yaxın vəsait ayrılacaq.

Mənbənin yazdığına görə, hələlik test rejimində işləyəcək klinikanın yaxın günlərdə Moskvada “Vegas Crocus City”də açılması planlaşdırılır. Ağalarov tanınmış diş mütəxəssislərinin cəlb olunduğu layihəni Aleksandr Sançeslə şərik açır.

Xatırladaq ki, “Crocus Group” şirkətlər qrupunun vitse-prezidenti olan Emin Ağalarov restoran biznesində də bir neçə layihə gerçəkləşdirir. Ağalarov bundan əvvəl RNS-ə verdiyi açıqlamada sağlam qidaların çatdırılma xidmətini işə saldığını bildirmişdi.

Oktyabr ayında Ağalarov müğənni dostu Qriqori Lepslə birgə “Ryumka vodki” adlı bar açıb.Hazırda tərəfdaşlar eyniadlı karaoke klubu və restoran açmağı planlaşdırır. Bundan başqa, Emin prodüser Maksim Fadeevlə şərik olaraq “U dadyi Maksa” adlı musiqi restoranını inkişaf etdirir.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu