Səbail İH Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətlərini mənimsəyib

Xəbərin çap versiyası
Tarix: 6-02-2018, 20:53    |    Xəbər oxunub: 1 086 dəfə
Səbail İH Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətlərini mənimsəyib


İsrafil Kərimovu təmsil etdiyi qurumun deyil, məktəb kollektivlərinin mövqeyini ictimailəşdirməyə vadar edən nədir?



Bu gün AFN-də dərc edilən “Eldar Əzizov Bayıl məktəblərindən sürüşmə zonası sakinlərinə yardım adı ilə pul yığdırır- İDDİA” sərlövhəli yazı ilə bağlı ciddi ajiotaj yaranıb. Belə ki, Bayılda sürüşmə zonasından köçürülərək 163 saylı məktəbdə və qohum-tanış evlərində yerləşdirilən sakinlərə yardım adı altında qəsəbədəki məktəblərdə şagird və müəllimlərdən pul yığıldığı bildirilən yazı saytımızda ictimailəşdirildikdən sonra qarşı tərəf kimi adları keçənlər redaksiyamızla əlaqə saxladılar.

Öncə 91 saylı orta məktəbin direktoru Zülfüqarova Svetlana zəng edərək məsələ haqda heç bir araşdırma aparmadan bizi məhkəmə ilə hədələdi. Halbuki direktor rəhbərlik etdiyi məktəbdə belə bir halın olub-olmamasını bizim vasitəmizlə dəqiqləşdirə bilərdi. Çünki 91 saylı orta məktəb kifayət qədər böyük bir kollektivdir və mümkündür ki, kimsə özfəaliyyət etsin. Təəssüf ki, Svetalana Zülfüqarova bunu nəzərə almadan birbaşa inkar mövqeyi tutdu. Daha sonra redaksiyamıza direktorun mövqeyini ifadə edən məlumat daxil oldu. Müəllim adı və direktor vəzifəsi ilə uyğun gəlməyən qeyri-peşəkar surətdə yazılmış həmin məlumatı təqdim edirik: “Səbail rayonu 91 № li tam orta məktəbin rəhbərliyi yazıb sizə bildirirəm ki, bu şayiədir, məktəbdə heç bir məqsədlə pul yığılmır.
Məktəbin direktoru: Zülfüqarova S.M”.
Qeyd edək ki, mövqe yazısı heç bir rəsmi sənəd əsasında göndərilmədiyi üçün dərc etmədik. Üstəlik, ondan əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsindən redaksiyamıza məsələ ilə bağlı açıqlama göndərilmişdi və dərc edilmişdi.
Mövzu ilə bağlı daha bir rəsmi sənədsiz, qeydsiz “mövqe” yazısı tanımadığımız [email protected] ünvanından daxil oldu. Bu dəfəki materialda isə mövqedən daha çox təhqir və hədələr yer almışdı. Üstəlik, göndərən ünvanın kimə, hansı quruma məxsus olması ilə bağlı heç bir qeyd yox idi. Araşdırmalarımız zamanı məlum oldu ki, [email protected] Səbail Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimova məxsusdur. İ.Kərimovun telefonuna zəng edib “mövqe” yazısında təhqiramiz ifadələrin olduğunu bildirdikdə isə özünün haqlı olduğunu dedi. Onun diqqətinə çatdırdıq ki, jurnalist hər hansı məsələ ilə bağlı bilərəkdən, yaxud bilməyərəkdən qeyri-peşəkarlıq edə bilər, lakin bu icazə vermir ki, qarşı tərəf təhqiramiz ifadələr işlətsin. İ.Kərimov isə bir daha haqlı mövqedə olduğunu deyərək bizi məhkəməyə verəcəyi ilə hədələdi.
Çox maraqlıdır ki, İ.Kərimovun (bir daha xatırladaq ki, o, Səbail Rayon İcra Hakimiyyətində kifayət qədər yüksək vəzifə sahibidir-red.) göndərdiyi məktubda təmsil etdiyi qurumun deyil, haqqında söhbət gedən yazıda adları qeyd edilən məktəblərin kollektivlərinin adından (konkret olaraq heç kimin adı, imzası yoxdur-red.) mövqe bildirilib. Bu, artıq ikinci haldır ki, rastlaşırıq: icra hakimiyyətlərinin, yaxud bu qurumların informasiya siyasətinə məsul şəxslərin e-mail ünvanından redaksiyamıza tamamilə başqa şəxslərin mövqeyini ifadə edən məktub daxil olur. Bu, o deməkdir ki, icra hakimiyyətləri yerlərdə digər qurumların və şəxslərin işlərinə kobud surətdə müdaxilə edirlər.
Haqqında söhbət gedən yazıda məktəblərdən pul yığılması ilə bağlı göstərişin məhz Səbailin icra başçısı Eldar Əzizovdan gəlməsi ilə bağlı iddia da əksini tapmışdı. İ.Kərimovun birbaşa özünə aidiyyatı olan bu məsələ ilə bağlı heç bir reaksiya vermədiyi halda orta məktəblərin kollektivi adından müəllim peşəsinə yaraşmayan ifadələrlə “mövqe” yazısı hazırlayıb göndərməsi yumşaq desək, onun özbaşınalığından xəbər verir. Bakı şəhərində fəaliyyət göstərən orta məktəblər məlum olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabedir və adıçəkilən qurum da sivil formada öz mövqeyini ifadə edən yazı göndərərək saytda dərc etdirmişdi.
P.S. AFN öz növbəsində məsələ ilə bağlı Səbail İH rəhbərliyinə və Mətbuat Şurasına müraciət etməyə hazırlaşır. Bir məmurun, qurumun rəsmi e-mail ünvanından başqa məmurun, qurumun mövqeyini ifadə edən, üstəlik, jurnalisti təhqir edən yazının göndərilməsinə aydınlıq gətiriləcəyinə inanırıq.

FƏRİDƏ






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

20 Yanvar faciəsindən 29 il ötür

20 Yanvar faciəsindən 29 il ötür

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

Azərbaycanda təcavüz qalmaqalı:

Azərbaycanda təcavüz qalmaqalı: Hakimdən bəraət, prokuror şikayətçidir-Təfərrüat

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib-

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib- FOTOLAR

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib-

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib- FOTOLAR

Bakıda müxalifətin mitinqi başlayıb

Bakıda müxalifətin mitinqi başlayıb

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib-

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib- FOTOLAR

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb-

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb- FOTOLAR

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?-

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?- Açıqlama

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb-

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb- VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur