Ombudsmanın Gəncə regional mərkəzi Naftalanda “Müsəlman Şərqində ilk Demokratik Respublika” mövzusunda tədbir keçirib


Ombudsmanın Gəncə regional mərkəzi Naftalanda “Müsəlman Şərqində ilk Demokratik Respublika” mövzusunda tədbir keçirib


Bu gün Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən Nafatalan şəhər İcra Hakimiyyəti ilə birgə “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində təhsil, səhiyyə, mədəniyyət, hüquq mühafizə, bələdiyyə, QHT sahələrində çalışan fəal gənclərin iştirakı ilə “Müsəlman Şərqində ilk Demokratik Respublika” mövzusunda tədbir keçirilmişdir.



AFN xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nafatalan şəhər İcra Hakimiyyətinin əməkdaşı Ədilov Şahmar Nazim oğlu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq Ombudsman aparatının əməkdaşlarına bu istiqamətdə tədbir keçirtdiklərinə görə təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Həmin sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar bu il ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Ombudsman təsisatı da “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində müsəlman şərqinə hüquqi demokratik quruluşu ilə örnək olmuş Azərbaycan Xalq Cümhuriyyətinin insan hüquqları baxımından mütərəqqi tarixi fəaliyyəti, eləcə də müasir Azərbaycan respublikasında insan hüquqları və demokratik islahatlar çərçivəsində həyata keçirilən işlər barədə əhalinin maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər həyata keçirməkdədir. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılmasının məhz Ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən Səbuhi Abbasov bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldıldığını, onların xatirəsinin əbədiləşdirildiyini, adlarına küçə, prospekt və qəsəbələr salındığını, görkəmli xadimlər haqqında sənədli filmlər çəkildiyini, xarici ölkələrdəki məzarlarının abadlaşdırıldığını diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə bir çox mütərəqqi demokratik qərarların qəbul olunduğu, müsəlman şərqində ilk demokratik respublika qurulduğu vurğulanmış, 1918-1920-ci illəri əhatə edən şərəfli tariximizin öyrənilməsinin əhəmiyyəti önə çəkilmişdir.

Tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu