Bayıl məktəbləri Səbail İH-in yalanını ifşa etdi- AÇIQLAMA


Bayıl məktəbləri Səbail İH-in yalanını ifşa etdi-


Dünən saytımızda dərc edilən "Səbail İH Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətlərini mənimsəyib" başlıqlı yazı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən münasibət açıqlanıb.



AFN-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, BŞTİ-nin tabeliyindəki 49, 51, 91, 163 və 203 nömrəli tam orta məktəblərdən verilmiş məlumata əsasən, Səbail rayonu Bayıl yamacındakı sürüşmə zonasından köçürülən sakinlərə yardım məqsədilə pul yığılması iddiasına cavab olaraq, birbaşa heç bir KİV-ə məktəblərdən məlumat ötürülməyib:

"Onu da qeyd edək ki, Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə heç bir vəsait toplanmayıb.

Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvar 2017-ci il tarixdən müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.

Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. Müvafiq qurumlardan onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib.

Qeyd edək ki, məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir."

Mübahisə mövzusu olan yazılarla aşağıdakı linklərdən tanış ola bilərsiz:

https://afn.az/xeber/67669-eldar-ezizov-bayil-mekteblerinden-surushme-zonasi-sakinlerine-yardim-adi-ile-pul-yigdirir-.html

https://afn.az/xeber/67689-sebail-h-baki-sheheri-uzre-tehsil-daresinin-selahiyyetlerini-menimseyib.html



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu