Ziya Məmmədovun oğlu işə gəlmir, qapılar bağlı qalıb

Xəbərin çap versiyası
Tarix: 9-02-2018, 14:58    |    Xəbər oxunub: 1 884 dəfə
Ziya Məmmədovun oğlu işə gəlmir, qapılar bağlı qalıb


Azərbaycan Qolf Federasiyası fəaliyyətini dayandırıb. Çoxdandır ki, federasiyanın qapıları bağlıdır.

Bu barədə federasiyanın keçmiş işçiləri məlumat verib.

Keçmiş işçilər bildirib ki, federasiya heç beynəlxalq yarışlara da qatıla bilmirdi:

"Federasiya fəaliyyətini qurumun rəhbəri Anar Məmmədovun (eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu-red.) işinin başında olmamasından sonra dayanıb. Çünki Qolf Federasiyası dövlət büdcəsindən maliyyələşməyib. İşçilər də bir neçə ay əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər. İş ondadır ki, Anar Məmmədovun federasiyadan uzaqlaşdırılması üçün xüsusi iclas da keçirilməyib. Hətta, bizdə olan məlumata görə, federasiyanın çoxlu borcu var”.

İşçilər Qolf Federasiyasının yenidən təşkil oluna bilməsindən də söz açıblar.

"Yaxın vaxtlarda yeni rəhbərliyin federasiyaya gətirilməsi ilə adıçəkilən qurum işini bərpa edə bilər. Biz də yeni rəhbərlik seçiləcəyi barədə məlumat eşitmişik. Sadəcə kimliyindən xəbərsizik”.

Xatırladaq ki, 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib və iş adamı Anar Məmmədov bu federasiyanın prezidenti seçilib. Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçirilən olimpiya oyunları siyahısına salınıb. Anar Məmmədovun hazırda Londonda yaşadığı söylənilir.(modern.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

Kanadada marixuana qıtlığı:

Kanadada marixuana qıtlığı: vətəndaşlar qəzəbləndi

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur