“Azərbaycan” nəşriyyatının nümayəndəsi məhkəmə qərarını “boş şey” adlandırdı FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 9-02-2018, 15:49    |    Xəbər oxunub: 1 119 dəfə
“Azərbaycan” nəşriyyatının nümayəndəsi məhkəmə qərarını “boş şey” adlandırdı


Bakı Apellyasiya Məhkəməsinin sədri bizim dostumuzdur, o bzim kiçiyimizdir. Məhkəmə qərarı boş şeydi. Az qalıb, Apellyasiya məhkəməsində onu da ləğv edəcəyik. Artıq hər şeyi danışmışıq, həll etmişik!

AFN xəbər verir ki, bunu barəsində məhkəmə qərardadı ilə Nardaran sakinlərinin mülkiyyətində olan torpaq sahələrinin hasarlarını qanunsuz sökməsi qadağan edilmiş “Azərbaycan” nəşriyyatının nümayəndəsi Azər Qasımov deyib. Azər Qasımovun sözlərinə görə, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərardadı müvəqqətidir, ondan şikayət verilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsi baxacaq və razılıq alınıb ki, “Azərbaycan” nəşriyyatının şikayəti təmin olunacaq.

Qeyd edək ki, Nardaran sakinlərinə məxsus torpaq sahələrinin hasarlarını “Azərbaycan” Nəşriyyatı tərəfindən qanunsuz sökülməsinə əsas verən Sabunçu rayon İcra şöbəsinin qərarının ləğv edilməsinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsi qərardad qəbul edib.

Nəzərinizə çatdırırıq ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3152 saylı 05.07.2016-cı il tarixli icra vərəqəsinə əsasən Əzimov Valis Əlibaba oğlu Abşeron rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən Sabunçu rayonu, Nardaran qəsəbəsində Azərbaycan SSR “Kommunist” nəşriyyatına ayrılmış və 20 fevral 1981-ci il tarixli “Torpaqdan İstifadə Hüququna aid Dövlət aktı”nda göstərilən sərhədlər daxilində olan 15 hektar torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər onun hesabına sökülməlidir.

Qeyd edilən icra vərəqəsinin bir ildən çox müddətdə verilməsinə baxmayaraq, uzun müddət onun icrası mümkün olmayıb, Belə ki, məhkəmə icraatı zamanı iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadığından, qətnamənin nəticə hissəsində də konkret torpq sahəsi və koordinatları göstərilmədiyindən, tələbkarın tələb etdiyi torpaq sahəsini ona təhvil vermək mümkün olmayıb.

İcra işinin icrası mümkün olmadığına baxmayaraq, Sabunçu İcra şöbəsi tələbkara aid olmayan 15 hektar torpaq sahəsini ona təhvil verilməsi barədə Akt tərtib edərək icra işinə xitam verilməsi barədə qərar qəbul edib.

İcra vərəqəsi üzrə tələbkara aid 15 hektar torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadan, ərazidən yeganə cavabdeh olan Əzimov Valis Əlibaba oğlu çıxarılmadan və həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər sökülmədən, tələbkara aid olmayan torpaq sahəsini ona təhvil verilməsi ilə icra işinə xitam verilməsi Sabunçu İcra şöbəsinin “Azərbaycan” Nəşriyyatının böyük təsiri altında olduğundan xəbər verir. Çünki həmin akta əsaslanaraq “Azərbaycan” nəşriyyatının nümayəndələri icraçıların iştirakı olmadan, DİN-in əməkdaşlarının müşahidəsi ilə heç vaxt məhkəmədə mübahisə predmeti olmayan Nardaran sakinlərinin torpaq sahələrinin hasarlarını sökməyə başlamışlar, baxmayaraq ki, onlar həmin torpaq sahələrinin qanuni mülkiyyətçiləridir.

Həmin mülkiyyətçilər “Azərbaycan” nəşriyyatının nümayəndələri tərəfindən törədilən bu qanunsuzluğa son qoyulması barədə bütün dövlət qurumlarına müraciət etsələr də, Azər Qasımovu və onun himayədarlarını məsuliyyətə cəlb etmək mümkün olmayıb. Onlar hələ də qanunun onlara aid olmadığını iddia edirlər.

Hadisə yerində asayışı qorumaq üçün çağırılmış DİN-in əməkdaşları Azər Qasımovun mülkiyyətçilərin əmlakına müdaxiləsini əsaslı və qanuni olduğunu bildirsələr də, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi 22 yanvar 2018-ci il tarixli qərardadı ilə “Azərbaycan” nəşriyyatının törətdiyi əməllər qanunsuz olduğunu təsdiq edərək Daxili İşlər Nazirliyinin əməkdaşlarının bu qanunsuzluğa biganəliyini də ortaya çıxarır.

Lakin Azər Qasımovun bəyanatından məlum olur ki, qərardadın ləğvi üçün hərəkətə keçib və Bakı Apellyasiya Məhkəməsində vəziyyəti öz xeyrinə dəyişməyə nail olub.

Maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsi “Azərbaycan” nəşriyyatının qanunsuz əməllərinə səbəb olan Sabunçu İcra şöbəsinin qərarına hansı don geyindirərək haqlı çıxarıb Sabunçu rayon Məhkəməsinin qəraradadını ləğv edəcək.

Qeyd edək ki, “Azərbaycan” nəşriyyatının bu qanunsuz əməlləri ilə Nardaran sakinlərinin hesabına külli miqdarda sərvət əldə etmək fikri olduğu bildirilir. Görünür, qanunsuz əməlləri ilə toplanan böyük pullar onu hətta məhkəməyə “meydan oxumağa” sövq edir. Barəsində cinayət məsuliyyəti elan olunan şəxs “məhkəmə boş şeydir” deyirsə, yəqin ki, Bakı Apellyasiya Məhkəməsi də, onun təsiri altındadır...


“Azərbaycan” nəşriyyatının nümayəndəsi məhkəmə qərarını “boş şey” adlandırdı

“Azərbaycan” nəşriyyatının nümayəndəsi məhkəmə qərarını “boş şey” adlandırdı

“Azərbaycan” nəşriyyatının nümayəndəsi məhkəmə qərarını “boş şey” adlandırdı

“Azərbaycan” nəşriyyatının nümayəndəsi məhkəmə qərarını “boş şey” adlandırdı

“Azərbaycan” nəşriyyatının nümayəndəsi məhkəmə qərarını “boş şey” adlandırdı





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur