Xətainin icra başçısı xeyir-şər evini sökdürür- ETİRAZ

Xəbərin çap versiyası
Tarix: 13-02-2018, 17:02    |    Xəbər oxunub: 1 103 dəfə
Xətainin icra başçısı xeyir-şər evini sökdürür-


Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsində sakinlər tərəfindən tikilmiş mərasim evi, həmçinin əvvəllər şadlıq evi kimi fəaliyyət göstərmiş kafenin söküntüsünə başlanılıb.

Bu barədə sakinlər məlumat veriblər.

Söküntü təxminən 1 hektardan çox ərazidə aparılır. Sakinlərə ərazidə ticarət mərkəzi tikiləcəyini söyləyiblər. “Tikintini aparan şirkətin adı gizli saxlanılır, amma sakinlərə dedilər ki, narazılıq etmək lazım deyil, yeni tikiləcək obyektin bir mərtəbəsində də mərasim evi açılacaq. Buna görə də gözləyirik”, -Adil adlı sakin deyib.

Digər sakinlər isə tikinti aparan şirkətin Xətai Rayon İcra Hakimiyyətindən icazə aldığını söyləyiblər: “Heç kim razılaşdırmadan daşı-daş üstünə qoya bilməz”.

Amma tikinti şirkətinin onları aldadacağından narahat olanlar da var. Sakinlərdən biri deyir ki, 3-cü binanın qarşısındakı yaşıllıq ərazisi məhv ediləndə yerində park salınacağını demişdilər. Amma çoxmərtəbəli bina tikildi.

“Biz hələ ki gözləyirik, yəqin ki, özülqazma işlərindən sonra burada bina tikilib-tikilməyəcəyi bəlli olacaq, görək nə baş verir...”-sakin deyir.

Hazırda Seyid Əzim Şirvani küçəsi də daxil olmaqla Xətai rayonunda boş ərazi qalmayıb. “Əhmədli” stansiyasından “Bakı kinoteatrı”na və əks istiqamətdə gedən yolların kənarı boyu kommersiya obyektləri sıralanıb.

“Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində iki yolun ortasındakı ayırıcı zolaqda üçmərtəbəli kommersiya obyektinin tikintisi də tamamlanmaq üzrədir. Tikintinin başa çatdığı yerdən yol boyu yaşıllıq zolağı çoxdan məhv edilib, qalan ağaclarının dibinə zibil tullantıları yığılıb.

Xatırladaq ki, yolun ortasında ağacların kəsilərək yerində obyekt tikilməsinə görə bu ərazidə sakinlər dəfələrlə aksiya keçiriblər. Lakin tikinti dayandırılmayıb. Bu günlərdə isə Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov həmin obyektin yaxınlığında- Qaçaq Nəbi küçəsində yerləşən “Urfa” türk restoranının qarşısında rus nağıl qəhrəmanlarının, o cümlədən Küpəgirən Qarının heykəlini “sakinlərin gediş-gəlişinə mane olduğu” üçün sökdürmüşdü. Yolun düz ortasında tikilən nəhəng obyekt isə bu məntiqlə yanaşanda yəqin ki, sakinlərin gediş-gəlişini “asanlaşdırmağa” hesablanıb... (virtualaz.org)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şirvanda “Odessa” Teyyub güllələnib

Şirvanda “Odessa” Teyyub güllələnib

Millət vəkilindən

Millət vəkilindən "İdeal"ın rüsvayçı kampaniyası ilə bağlı maraqlı təklif

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı-

İstanbulda Xocalıya Ədalət Həftəsi başladı- FOTOLAR

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama:

DİN Xoşqədəmin verilişindəki iddialarla bağlı açıqlama: "Ucuz şoudur"

Xocalı uşaqların gözü ilə...

Xocalı uşaqların gözü ilə...

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Bələdiyyə başqanı Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı təklifini dəstəkləyib

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu-

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu- FOTOLAR

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

Türk ordusu 1931 terrorçu məhv edib

Türk ordusu 1931 terrorçu məhv edib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

560 minə yaxın şəxsin müavinətləri artırılacaq-

560 minə yaxın şəxsin müavinətləri artırılacaq- Açıqlama

Damlaya 35 milyonluq zərbə:

Damlaya 35 milyonluq zərbə: işçisini polisə verdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur