Ziyad Səmədzadədən etiraz: "Fikirlərim təhrif olunub..."


Ziyad Səmədzadədən etiraz:


"Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sistemli dövlət tənzimlənməsidirsə, digəri həmin sistemli dövlət tənzimlənməsinin həyata keçirilməsidir".



AFN xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə fevralın 13-dəVergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransdakı çıxışının bəzi mətbuat orqanlarında təhrif edilməsinə münasibətini bildirərkən deyib. Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti eyni zamanda, ölkədə aqrar sektorun dayanıqlı və davamlı inkişafı üçün dünyada özünü doğrultmuş iqtisadi mexanizmlərdən istifadə edir.

"Bu istiqamətlərdən biri də ondan ibarətdir ki,ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sektorun davamlı inkişafına dəstək üçün kənd əməkçilərinə bir sıra istiqamətlərdə kömək edilir. Bu köməkliklərdən biri də kənd təsərrüfatının torpaq vergisindən başqa bütün vergilərdən azad olunmasıdır. Artıq respublikamızda kənd əməkçilərinə bu dəstək, bu həvəsləndirmə neçə illərdir ki, davam etdirilir və bundan sonra da davam etdiriləcək.

Mən də bütün çıxışlarımda, yazdığım əsərlərdə, dərc etdiyim məqalələrdə, iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə Azərbaycan dövlətinin bu istiqamətdə apardığı uğurlu iqtisadi siyasət barədə kifayət qədər fikirlər söyləmişəm. Hesab edirəm ki, Azərbaycan dövlətinin kənd təsərrüfatına dəstəyi çox düzgün iqtisadi siyasətin bir istiqamətidir və bu siyasət Azərbaycan kəndinin inkişafı naminə, ərzaq təhlükəzisliyinin daha davamlı-keyfiyyətli təmin edilməsi naminə düzgün bir addımdır.

Ona görə də bəzi mətbuat orqanlarında, saytlarda mənim belə bir məna daşıyan çıxışımın təhrif edilməsinə qətiyyətlə etiraz edirəm və bu, peşəkar olmayan yanaşmanı etirazla qarşılayıram"-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu