GDU-nun rektoru cinayətkarı komissiya sədri təyin edib- ŞOK İDDİALAR

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 13:47    |    Xəbər oxunub: 1 175 dəfə
GDU-nun rektoru cinayətkarı komissiya sədri təyin edib-


“Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən, hansı səbəbdən bu mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar? Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç kəs cəzalandırmır”.

Bu cümlələr Gəncə Dövlət Universitetinin (GDU) “Riyazi analiz” kafedrasının əməkdaşları adından AFN-in redaksiyasına ünvanlanan məktubda əksini tapıb. Məktubda həmçinin qeyd edilir ki, “islahatlara əks gedənlərdən biri də GDU-nun rektoru Yusif Yusibovun “korşalmış baltası” sayılan Əliqulu Quliyevdir”. Müəlliflər onu da bildirirlər ki, Əliqulu Quliyev GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır: “Rektor Ə.Quliyevi Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri təyin edib və professor olmaya-olmaya GDU-nun fəxri professoru adini verib. Halbuki elmi adlar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir. Əslində bu elm oğrusu rəhmətə getmiş Aga müəllimin elmi əlyazmalarını ogurlayıb öz adına kitab kimi (“Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi”, “Bul cəbri və alqoritmlər nəzəriyyəsi”) nəşr etdirmişdir. Universitetdə açıq dərslər zamanı bu adamın ixtisası olmasa belə, dərsin gedişində pedaqoji etikaya zidd olaraq tələbənin yanında müəllimə irad tutub, onun dediklərinə “düzəliş” edir, hətta bəzi hallarda markeri əlinə götürüb istehza ilə müəllimin əvəzinə dərs də keçir, dillənən müəllimləri isə açıq dərsinə qiymət yazmayacağı ilə hədələyir...
5-6 il bundan qabaq öz işçisı ilə öz kabinetində intim münasibətdə olan, tələbələrini zorlayan bir qadın düşkünü olan manyak ziyalı kollektivinə necə etika öyrədə bilər?! (Qeyd edək ki, məktubda zorlama iddiaları ilə bağlı konkret adlar, tarixlər göstərilir, lakin etika xatirinə onları ixtisar etmişik-red.)
Bir necə il bundan əvvəlin söhbətidir. Əliqulu müəllim dekan seçilmək istəyirdi. Namizədlər isə İqtisad Universitetinin Zaqatala filialıinin indiki direktoru Orucəli Rzayev və Əliqulu Quliyev idi. Gəncə Dövlət Dram Teatrında kecirilən tədbir zamani Əliqulu müəllimin gətirdiyi keçmiş məhbəs yoldaşları – “vor zakonlar” orada tədbirdə iştirak edən keçmiş rektor Məmmədov Elman İdris oglunu hədələyərək dedilər ki, Əliqulu dekan seçılməlidir”.
Məktubda qeyd edilir ki, yaxın keçmişdə Ə.Quliyev riyaziyyat kafedrasının müdiri Nadir Novruzovu universitetdə başindan ölümcül olaraq beşbarmaqla vurub: “GDU-da işləyən yaşlı və orta yaşlı nəsil hamısı bunu bilir. Nadir müəllim bir müddət xəstəxanada yatdı. Bir dəfə də GDU-nun kecmiş rektoru, professor Həsənbala Sadıqovu gedib kabinetində vurmaq, döymək istəmişdi. Bunun xuliqanlığının qarşısını alan yoxdur. Bu vərəm xəstəsidir, bunu əsas tutaraq keçmiş rektor H.Sadıqov onu universitetdən qovmuşdu, lakin sehrli əllər onu yenidən işə bərpa etdi. GDU-da hamı onu da bilir ki, 1993-1995-ci illər arası onun həyət evi yananda evin damında külli-miqdarda silah-sursat tapılmışdı. Çünki bu pedaqoq o vaxt Surət Hüseynovla, Nicat cəmiyyətinin qoçu dəstələri ilə sıx bağlı idi. Sonradan ört-basdır edilmiş həmin silah-sursat məsələsini hüquq-mühafizə orqanları araşdırsalar, daha yaxşı olar. Universitetdə görkəmli alimlərin, adlı-sanlı müəllimlərin yubileyini kecirməyə xəsislik edən Yusif Yusibov həmin Ə.Quliyevə bir neçə il bundan qabaq 75 illiklə bağlı yubiley keçirdi. Yubiley iclasında elə sözlər danışdılar ki, biz bir çox mətləblərdən xəbərsiz olduğumuzu gördük. Sən demə, Azərbaycanda riyaziyyat elminin əsasını qondarma professor, dosent Əliqıllı Quliyev qoyubmuş.
Universitetdə hamıya məlumdur ki, Ə.Quliyev universitetdəki vəziyyətlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə donos verir və vaxtilə keçmiş rektor Elman Məmmədovun da quyusunu bu danoslarla qazıb. Rektor Yusif Yusibov da bu səbəbdən Əliqulu müəllimdən ehtiyat edir və onun nazı ilə oynayır. Görünür, dosent Ə.Quliyevin yuxarıda sadaladığımız xidmətlərini qiymətləndirmək bu qorxu hissinin təsirindəndir.Təhsil Nazirliyi isə bütün bu məsələlərdən xəbərdar olsa belə hələlik susur...
Bu yaxınlarda rəhmətə getmiş keçmiş kafedra müdiri olmuş Bəhramgur Mustafayev xəstəxanada can verərkən yaxın adamına deyib ki, məni Əliqulu Quliyev və Mayıl Mustafayev çərlədib öldürdülər. Bu barədə Gəncə şəhər Polis İdarəsində cinayət işi açıldı və təhqiqat gedir.
Bəhramgur müəllimə bu iki qoca müəllim daim təzyiq edərək, onu dəfələrlə təhqir ediblər, onun barəsində insanlığa sığmayan şər və böhtanlar atıblar. Nəticədə isə Bəhramgur müəllim üçün universitetə təcili yardım maşını çağırıldı və o, xəstəxanada rəhmətə getdi.
Belə insanların böyük bir universitet kollektivində işləməyi təhlükəlidir. Çünki Əliqulu Quliyev və Mayıl Mustafayev Bəhramgur müəllimdən sonra onların diqtəsi ilə oturub-durmayan növbəti qurbanlıq axtarırlar”.

Əliqulu Quliyev AFN-ə açıqlamasında yazılanların şər-böhtan olduğunu dedi. Qeyd etdi ki, məktubu yazan adamın kimliyi ona bəllidir: “Onların məsələsi kafedrada müzakirəyə çıxarılacaq və lazıımı qərar veriləcək”.

FƏRİDƏ

GDU-nun rektoru cinayətkarı komissiya sədri təyin edib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur