“Prezident Heydər Əliyev” tankeri istismara qaytarılıb

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 15:15    |    Xəbər oxunub: 755 dəfə
“Prezident Heydər Əliyev” tankeri istismara qaytarılıb


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankerinin təmiri başa çatıb.



“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb. Boru işləri yerinə yetirilib.

Eyni zamanda, köməkçi mühərriklər təmir olunub, yeni nasoslar quraşdırılıb. Gəmidə elektrik avadanlıqları tamamilə sazlanıb.

Gəmi təmirçiləri xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən gələni əsirgəməyiblər.

Xatırladaq ki, “Prezident Heydər Əliyev” gəmisi “AXDG” QSC-nin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Hazırda gəmiqayırmanın yeni nailiyyətləri əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də AXDG üçün iki yeni tanker tikilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

ƏƏSMN-də 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə aid kollegiya iclası keçirilib

ƏƏSMN-də 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə aid kollegiya iclası keçirilib

Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb

Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur