Samir Şərifovun "tender qoçusu" Xaqani Rzayevdən narazılıq

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 17:32    |    Xəbər oxunub: 1 180 dəfə
Samir Şərifovun "tender qoçusu"


Maliyyə Nazirliyi Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayevlə bağlı mətbuatda maraqlı məlumat yayılıb.

AFN xəbər verir ki, yerli KİV-in yazdığına görə, X.Rzayev maliyyə naziri Samir Şərifova yaxınlığı ilə seçilən məmurlardandır. Hətta onu Samir Şərifovun “vuran əli” deyə təqdim edirlər. Bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz X.Rzayevin “yetirmələri” olan bir neçə daimi qaliblər var. Hansı ki, həmin onlar müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq müxtəlif qurumların tenderlərində iştirak edib “qalib” olurlar. Məlumatlarda o da bildirilir ki, daimi “tender əjdahaları” arasında sözün həqiqi mənasında oliqarxa çevriləni də var. “Bir tərəfdən də Xaqani Rzayevin özfəaliyyəti nəticəsində “əvəzolunmaz” obrazı yaranan şəxslər var ki, büdcə vəsaitləri onlar vasitəsilə talanır. Həm də bütün bunlar maliyyə naziri Samir Şərifovun razılığı əsasında baş verir” – deyə məlumatlı mənbə bildirir.
365info.az saytına daxil olan məlumata görə isə X.Rzayevin kurasiyasında yuxarıda qeyd edilən bir neçə oliqarx cəmləşib. Sayt yazır ki, həmin şəxslərin şirkətləri X.Rzayevin dəstəyilə tenderlərdə hər zaman qalib gəlir. Ancaq son vaxtlar həmin oliqarxlar nədənsə Xaqani Rzayevlə əlaqə yarada bilmirlər. Ehtimal var ki, buna səbəb nazir Samir Şərifovun vəzifəsilə bağlı yaranan qeyri-müəyyən durumdur.
Belə ki, AFN-in məlumatına görə, bir neçə gün öncə mediada aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra yeni hökumətdə təmsil olunmayacaq məmurlardan biri kimi məhz maliyyə nazirinin adı hallanırdı. Kifayət qədər ciddi arqumentlər səsləndirilən məlumatdan sonra yayılan informasiyalardan aydın olur ki, artıq Maliyyə Nazirliyinin özündə də durum qarışıqdır. Nazirlik daxilində bəzi məmurlar S.Şərifova qarşı baş qaldırıblar. Gələcəyi qaranlıq görünən nazirlik tenderlər üzrə ayrılmalı olan vəsaitləri hələ saxlamağı məsləhət görüb. X.Rzayev vasitəsilə “iş görən” şəxslər isə buna etiraz edirlər: “Xaqani Rzayev vaxtı ilə bizimlə ballı tabaka yeyəndə deyirdi ki, qardaşıq, indi isə zənglərmizə cavab vermir” – deyə 365info.az-ın məlumatında iş adamları adından yazılıb: “Həmin oliqarxlarda Xaqani Rzayevə qarşı narazılıq yarandığı üçün onunla bağlı məlumatlar mətbuata verilib”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Magistraturaya qəbul imtahanı keçirilib

Magistraturaya qəbul imtahanı keçirilib

Afrində türk əsgər şəhid olub

Afrində türk əsgər şəhid olub

Qış Olimpiya Oyunları başa çatdı

Qış Olimpiya Oyunları başa çatdı

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın SOYQIRIM KEÇMİŞİ

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

Hərbçiləri daşıyan avtobus aşdı-

Hərbçiləri daşıyan avtobus aşdı- xəsarət alanlar var

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə:

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə: Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Bakıda sürücü

Bakıda sürücü "Lexus"la yol kəsdi, sosial şəbəkələrdə tənqid olundu

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi:

Bankların vətəndaşa qarşı hədə-qorxu vasitəsi: Qanun pozuntusu

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur