20 Yanvar dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - FOTO


Tərtib olunmuş qrafikə əsasən, Bakının bəzi küçə və prospektlərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində - Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

İşlər başa çatanadək sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu