Zeynal Nağdəliyev: Prezident seçkilərində 1000 veb-kamera quraşdırılacaq


Zeynal Nağdəliyev:


Aprelin 11-də keçiriləcək prezident seçkilərində 1000 veb-kamera quraşdırılacaq.



Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Z.Nağdəliyev bildirib ki, Azərbaycanda seçkilərdə 1000 veb-kameralar quraşdırılır: "Qarşıdan gələn prezident seçkilərində də bu sayda veb-kamera quraşdırılacaq ki, dünyanın hər yerindən hər kəs seçkiləri izləyə bilsin. Kameralara özümüz də baxırıq, nöqsanları qeydə alırıq, səslərin hesablanması zamanı kameralar həmin nöqtəyə tuşlanır".

O vurğulayıb ki, seçkilərin yüksək səviyədə keçirilməsində dairə seçki komissiyalarının sədrlərinin böyük rolu var: "Əsas vəzifəmiz ondan ibarətdir ki, demokratik və şəffaf seçkilər keçirməklə ölkəmizin nüfuzunu qoruyub saxlayaq və daha da artıraq, əvvəlki təcrübəyə əsaslanaraq seçkiləri daha mütəşəkkil və şəffaf keçirək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu