Azərbaycan Universitetinin saxta diplomu ilə Türkiyədə mərkəz açdı, işfa olundu


Azərbaycan Universitetinin saxta diplomu ilə Türkiyədə mərkəz açdı, işfa olundu


Türkiyənin Bursa şəhərində özünü professor kimi təqdim edərək kəkələmə və nitq qüsurları mərkəzi yaradan Emre Nuri K. saxlanılıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Universitetinin məzunu olduğunu və Pensilvaniya Universitetindən Dil və Patologiya üzrə sertifikat aldığını bildirən fırıldaqçının əslində orta təhsilli olduğu, diplomlarının saxta olduğu ortaya çıxıb.

Onunla bağlı polisə müalicə üçün müraciət edən pasientlərindən biri məlumat verib. Polis əməkdaşları şübhəli ilə bağlı araşdırma aparıb, həmin universitetlərdən belə bir məzunlarının olmadığını deyiblər.

Qaçaqçılıq və Kəşfiyyat şöbəsinin əməliyyatçıları Emre Nurinin iş yerində əməliyyat keçirib və o nəzarət altına alınıb. Mərkəzdən bir sıra saxta sənədlər, diplomlar, professorluq və doktorluq sertifikatları götürülüb. Saxlanılan şəxslə bağlı zəruri sənədlər məhkəməyə təqdim edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu