Azərbaycan "Global Healthcare Travel Forum"unda təmsil olunub


Azərbaycan "Global Healthcare Travel Forum"unda təmsil olunub


Fevralın 19-21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dubay Əmirliyinin himayəsi ilə "Global Healthcare Travel Forum"un (Qlobal Sağlıq Turizmi Forumu) növbəti zirvə toplantısı keçirilib.



Forumda 50-yə yaxın ölkədən 1000-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) baş koordinatoru Mirağa Seyidov təmsil edib. Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Konseyi başkanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Medical Tourism Council"in sədri xanım Leyla Marzouqidir.

Zirvə toplantısının açılış mərasimində BƏƏ şahzadəsi Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum və digər mötəbər hökumət nümayəndələri iştirak edib.

Açılışdan sonra forum iki gün boyunca stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib. "Global Healthcare Travel Concil" stendində təmsil olunan AHTTSA sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaalti, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verib, qonaqlara turizm potensialını əks etdirən cap və elektron reklam-təbliğat materialları paylanıb. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, leqallaşma, tənzimləmə və akreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi turizm barədə məlumatlara daha çox diqqət yetirilib.

Dubay Qlobal Sağlamlıq Turizmi Forumu iştirakçıları "Təcrübəni yenidən dərk etmə" sağlamlıq turizmi mövzusu ətrafında ciddi müzakirələr aparıblar. Tədbirin məqsədi səhiyyə və səyahət təcrübəsi sahəsində regional və qlobal bilik və təcrübə mübadiləsi üçün platforma yaratmaq məqsədilə ictimai və özəl səhiyyə və turizm sahələrində görkəmli liderləri və öncülləri bir araya gətirməkdir. Həmçinin, dünya miqyasında sağlamlıq turizminin inkişaf təcrübəsini artırmaq məqsədilə gələcəyə yönəlmiş çağırışlardan yararlanaraq mədəniyyətlərarası dialoqlarla müsbət nəticələr əldə etmək kimi nətisələrə nail olmaqdan ibarətdir.

Bu forum eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan sənaye liderləri, sağlamlıq turizmi səfirləri və populyar tibbi turizm yerlərinin uğurlu hekayələrini nümayiş etdirən Səfirlər Sammiti kimi də yadda qalıb.

Xatırladaqki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev bu təşkilatda vitse-prezident postunda təmsil olunur.

Azərbaycan "Global Healthcare Travel Forum"unda təmsil olunub

Azərbaycan "Global Healthcare Travel Forum"unda təmsil olunub



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu