6700 nəfəri əhatə edəcək amnistiya gözlənilir- qanun şəklində


6700 nəfəri əhatə edəcək amnistiya gözlənilir-


“Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı”.

Bu haqda Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Ə.Hüseynli qanunun tətbiqi ilə bağlı göstəriciləri açıqlayaraq bildirib ki, həmin müddətdən məhkəmələrə 4000-dən çox təqdimat göndərilib: "Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur... Bundan başqa, 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur.
Ə.Hüseynlinin sözlərinə görə, bu qanunun Amnistiya qüvvəli qanun kimi qəbul etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu