"İdeal" 23 fevralda kişiləri niyə sevindirir?- FOTO


"İdeal" 23 fevralda kişiləri niyə sevindirir?-


Fevralın 23-ü keçmiş SSRİ-də ordu günü kimi qeyd olunurdu. Bu tarix Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi xatırlanır. Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanmış bir çox ölkələr bu günü bayram kimi qeyd etməkdən vaz keçdi.
Azərbaycanda hələ də hər il bu günün qeyd olunub-olunmaması mübahisələrə səbəb olur.


Bir neçə ticarət markasının bu gün üçün özəl kampaniyalar keçirməsi sosial şəbəkələrdə narazılığa səbəb olub.
Məsələn, “Elfa” telekom və “İdeal” kosmetika və parfümeriya şirkətinin kişilər üçün bayram kampaniyasına istifadəçilər etiraz edərək, səhifələrində iradlarını bildiriblər.
Məsələ ilə bağlı “İdeal” şirkətindən Hafta.az-a kampaniyanın marketinq şöbəsi tərəfindən təşkil olunduğunu deyərək, rəsmi səviyyədə olmasa da bu günün ayrı-ayrı insanlar tərəfindən qeyd olunduğunu bildiriblər.
Qeyd edək ki, 1918-ci ilin 23 fevralında yenicə formalaşmaqda olan Qırmızı Qvardiya hissələri (gələcək Qırmızı Ordu) Pskov yaxınlığında almanlarla üz-üzə gələrək, ilk dəfə iştirtak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edə bilmişdi. Məhz bu ilk qələbədən 23 fevral Qırmızı Ordunun yarandığı gün kimi qeyd olunub.
1923-1946-cı illərdə 23 fevral tarixi “Qırmızı Ordu və Donanma Günü”, 1946-1993-cü illərdə isə “Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü” kimi qeyd olunmağa başlayıb.
Sovet İttifaqının dağılmasından sonra müttəfiq respublikaların əksəriyyəti öz Milli Ordu gününü qeyd etməyə başlasalar da, bəzi ölkələr sovet ənənəsini qoruyub-saxladılar. Belə ki, bu tarix Rusiyada “Vətən Müdafiəçiləri Günü” adı ilə dövlət bayramıdır.

Bundan başqa, Belarus, Qırğızıstan və Tacikistan da 23 fevralı qeyri-iş günü kimi rəsmi səviyyədə qeyd edir.
Azərbaycanın da daxil olduğu digər postsovet respublikalarında isə 23 fevral günü əhalinin bir hissəsi tərəfindən qeyri-rəsmi bayram kimi qeyd edilir.(hafta.az)

"İdeal" 23 fevralda kişiləri niyə sevindirir?-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu