Müstəqim Məmmədov Səhləbad kəndində səyyar qəbul-görüş keçirib

Xəbərin çap versiyası
Tarix: 24-02-2018, 14:14    |    Xəbər oxunub: 789 dəfə
Müstəqim Məmmədov Səhləbad kəndində səyyar qəbul-görüş keçirib


Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü Səhləbad kəndində keçirildi. Qəbulda rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etdilər.

Əvvəlcə Səhləbad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusifov kənd haqqında ətraflı məlumat verdi.

Sonra kənd ağsaqqalı İman Almuradov rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qazla və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdı. Kəndlərində yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi.

Xəyal Aslanov Səhləbad kənd tam orta məktəbinin əsaslı təmiri, Elnarə Aslanova kənddə yeni tibb məntəqəsinin tikilməsi, Bayram İbrahimov kənd yollarının əsaslı təmiri, Elşad İsmayılov köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi, Arif Mahmudov kəndarası arxların yenidən işlənməsi ilə bağlı müraciət etdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Müstəqim Məmmədov Səhləbad kəndində səyyar qəbul-görüş keçirib

Müstəqim Məmmədov Səhləbad kəndində səyyar qəbul-görüş keçirib

Müstəqim Məmmədov Səhləbad kəndində səyyar qəbul-görüş keçirib

Müstəqim Məmmədov Səhləbad kəndində səyyar qəbul-görüş keçirib

Müstəqim Məmmədov Səhləbad kəndində səyyar qəbul-görüş keçirib

Müstəqim Məmmədov Səhləbad kəndində səyyar qəbul-görüş keçirib

Müstəqim Məmmədov Səhləbad kəndində səyyar qəbul-görüş keçirib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü-

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü- “EkoAvrasya” Türk dünyasını bir araya gətirir+VİDEO

Qənirə Paşayeva məktəblilər üçün

Qənirə Paşayeva məktəblilər üçün "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur