Ramil Usubov vətəndaşları qəbul edib

Xəbərin çap versiyası
Tarix: 24-02-2018, 14:25    |    Xəbər oxunub: 708 dəfə
Ramil Usubov vətəndaşları qəbul edib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 24-də Şirvan şəhərində növbəti qəbul keçirib.

DİN-dən AzVision.az-a verilən xəbərə görə, şəhər Polis Şöbəsində baş tutan tədbirdə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab,Saatlı şəhər və rayonlarının qəbula gələn 54 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

8 min manata kimi maaş alanlar gəlir vergisindən nə zaman azad olacaq?

Qadın polis sosial medianı coşdurdu-

Qadın polis sosial medianı coşdurdu- VİDEO+FOTOLAR

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Günel Səfərova:

Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”

NASA səsdən sürətli təyyarə istehsalına başladı

NASA səsdən sürətli təyyarə istehsalına başladı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

BDU-nun giriş-çıxışı bağlandı:

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

Kamran Ağayev millidən kənarlaşdırıldı

Kamran Ağayev millidən kənarlaşdırıldı

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Fransada polislə etirazçıların toqquşmasında 400-dən çox insan xəsarət alıb

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Ötən həftə Türkiyə ordusu 68 terrorçunu məhv edib

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir-

Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir- VİDEO+FOTOLAR

Messengerdən möhtəşəm yenilik

Messengerdən möhtəşəm yenilik

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur