Fransa prezidenti Azərbaycana işgüzar səfərə gəlib


Fransa Respublikasının prezidenti Fransua Olland aprelin 24-də Azərbaycana işgüzar səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu