Şirvanda silahlı insident: Yavər Camalovun dayısı oğlu saxlanıldı

Xəbərin çap versiyası
Tarix: 1-03-2018, 16:25    |    Xəbər oxunub: 2 019 dəfə
Şirvanda silahlı insident:


"Odessa" Teyyuba atəş açmaqda şübhəli bilinən Azər Məmmədov Şirvan Şəhər İH-nin başçısı Mərdan Camalovun və Müdafiə Sənayesi naziri Yavər Camalovun dayısı oğludur.

Virtualaz.org xəbər verir ki, Azər Məmmədov keçmiş polis mayorudur. O, 2010-cu ildə xidmətdə yol verdiyi ciddi qüsurlara görə polis orqanlarından xaric edilib.

Şirvanda silahlı insident:

Şirvanda silahlı insident:

Şirvanda silahlı insident:


***

Odlu silahla törədilən xuliqanlıq cinayətlərinin üstünü açılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən verilən məlumata görə, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri - Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə H. Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H. Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı “Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur