Bakıda daha 50 dayanacaq quraşdırılıb


Bakıda daha 50 dayanacaq quraşdırılıb


Paytaxtda daha 50 dayanacaq məntəqəsi təşkil edilib.

AFN xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilir. Qeyd edilir ki, Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib. Bunlardan da 27-də pavilyon quraşdırılıb. Məqsəd, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.

Bakıda daha 50 dayanacaq quraşdırılıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu